Cəlilabad rayonunda 7-ci sinif şagirdləri itkin düşüb.
Anews.az Report-a istinadən xəbər verir ki, Cəlilabad şəhər sakinləri, 14 yaşlı İsmayıl Mətləb oğlu Əmənov, onun həmyaşıdı və qonşusu Xalid Altay oğlu Əliyev ötən gün səhər saatlarında dərsə getmək adı ilə evdən çıxıb, bir daha geri qayıtmayıblar.
Artıq doğmaları tərəfindən bu barədə Cəlilabad Rayon Polis Şöbəsinə məlumat verilib.
Qeyd edək ki, itkin düşən məktəblinin hər ikisi Cəlilabad şəhər 7 saylı tam orta məktəbin 7-ci sinif şagirdləri olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !