Cəmil Həsənli Milli Şuranın mitinq keçirməsinə qərar verdi

16:27 | 06.12.2013
Cəmil Həsənli Milli Şuranın mitinq keçirməsinə qərar verdi

Cəmil Həsənli Milli Şuranın mitinq keçirməsinə qərar verdi

Milli Şura dekabrın 15-də qiymət artımına etiraz olaraq mitinq keçirməyə qərar verib. Bunu APA-ya açıqlamasında Milli Şuranın sədri Cəmil Həsənli bildirib. Cəmil Həsənli deyib ki, mitinqin keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı APA-ya açıqlamasında bu barədə məlumatlı olmadığını söyləyib. Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı isə APA-ya açıqlamasında Milli Şuranın dekabrın 15-də mitinq keçirmək barədə qərar verdiyini təsdiqləyib. Onun sözlərinə görə, bu məsələ Milli Şuranın son sessiyasında qısa da olsa, müzakirə edilib: “Sessiyada qiymət artımı ilə bağlı mitinqin keçirilməsi ilə bağlı məsələ Milli Şuranın sədri kimi Cəmil Həsənliyə və sədr aparatına həvalə olunub. Cəmil Həsənli də ötən müddət ərzində Milli Şuranın ayrı-ayrı üzvləri, partiyaların liderləri ilə görüşərək məsləhətləşmə aparıb və mitinqlə bağlı qərar verilib”. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM