Cəmil Həsənli narazılıqlara münasibət bildirdi

14:12 | 27.11.2013
Cəmil Həsənli narazılıqlara münasibət bildirdi

Cəmil Həsənli narazılıqlara münasibət bildirdi

“Milli Şuranın necə fəaliyyət göstərməsi barədə ABŞ və Avropada keçirilən görüşlərimizdə müzakirələr aparmışıq. Milli Şura seçkidən sonra da fəaliyyət göstərəcək və qurumda təşkilatlanma işləri gücləndiriləcək”. 
 
APA-nın xəbərinə görə, bunu Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənli bu gün keçirdiyi mətbuat konfransında deyib.
 
C. Həsənli qeyd edib ki, Milli Şurada təşkilatlanma işləri aparılacaq. O deyib ki, gələn həftə qurumun sessiyanın keçirilməsi nəzərdə tutulur: “Sessiyada qurumun seçkidən sonrakı fəaliyyət istiqamətləri müzakirə olunacaq”.
 
Cəmil Həsənli Milli Şura daxilində baş verən narazılıqlara da münasibət bildirib. O, qurumdakı fikir ayrılıqlarına normal yanaşdığını qeyd edib: “Demokratiya olan yerdə fikir müxtəlifliyi olmalıdır, bunlar tamamilə normalıdır. Xatırladım ki, avqust ayında Milli Şuranın taleyi ilə bağlı böhran vəziyyəti yaranmışdı. Lakin bu problemdən çıxış yolu tapıldı. Hesab edirəm ki, fikir müxtəlifliyi Milli Şuranın daha operativ quruma çevrilməsi baxımından irəli gəlir. Qurumda müxtəlif fikirlərin səsləndirilməsindən ehtiyatlanmamalıyıq. Fikir müxtəlifliyi olmalıdır ki, müəyyən qərarlar qəbul olunsun”.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti