Cəmil Həsənliyə görə YAP-dan istefa verdiyini açıqlayan alimlə bağlı partiyadan AÇIQLAMA

13:34 | 15.04.2021
hüquq üzrə fəlsəfə doktoru, tədqiqatçı alim Elvar Mirzəoğlu Milli Şura sədri Cəmil Həsənliyə qarşı mənəvi terrorla bağlı ölkə başçısı İlham Əliyevə etiraz məktubu ünvanlamışdı. O, müraciətin sonunda baş verənlərə görə təmsil olunduğu Yeni Azərbaycan Partiyasından istefa verdiyini də bəyan etmişdi.

Anews.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Xəlilov Elvar Mirzəələkbər oğlu ilə bağlı açıqlama yayıb.

YAP-ın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, E. Xəlilov uzun müddət partiya ilə əlaqə saxlamadığı, ərazi ilk partiya təşkilatının işində iştirak etmədiyi üçün YAP Səbail rayon təşkilatı İdarə Heyətinin 22.09.2020-ci il tarixli qərarı ilə partiya sıralarından xaric olunub.

YAP-ın Mətbuat xidməti sosial mediada informasiya paylaşılarkən onun dəqiqləşdirilməsini vacib hesab edir və bildirir ki, tez-tez yalnış məlumatlar yayan, xəbərləri ifşa olunan sosial media resursları oxucusunu itirməklə yanaşı, cəmiyyətdə saxta xəbər mənbəyi kimi də tanınır. YAP-ın nüfuzunu zədələmək məqsədilə yoxlanılmamış, obyektivlikdən və reallıqdan uzaq məlumatların məqsədli şəkildə yayılması siyasi spekulyasiyadır, manipulyasiyadır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti