Cəmil Çiçək yaralı əsgərlərimizə baş çəkdi

13:32 | 14.08.2014
Cəmil Çiçək yaralı əsgərlərimizə baş çəkdi

Cəmil Çiçək yaralı əsgərlərimizə baş çəkdi

TBMM sədri həkimlərə müvafiq göstərişlər veribTürkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Türkiyədə müalicə alan azərbaycanlı əsgərlərə baş çəkib.Cəmil Çiçək diversiya-təxribat cəhdləri və hücumlarının qarşısını alarkən yaralanan əsgərlərimizə tez bir zamanda sağalmasını diləyib.TBMM sədri həkimlərə müvafiq göstərişlər verib.Qeyd edək ki, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində erməni kəşfiyyat-təxribat qrupunun mövqelərimizə basqınları nəticəsində bir neçə əsgərimiz yaralanmışdı. Yaralanan əsgərlərimizdən üçü avqustun 9-dan müalicələrini Türkiyədə davam etdirirlər. erməni kəşfiyyat-təxribat qrupunun mövqelərimizə basqını qarşı tərəf xeyli itki verərək geri çəkilmişdi.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM