Cəmil Məmmədli sərbəst buraxıldı

22:24 | 18.01.2023
Jurnalist Cəmil Məmmədli sərbəst buraxılıb.

Bu barədə "Qafqazinfo”nun sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin  Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov bildirib.

Məlumata görə, Məmmədli Cəmil Qiyas oğlunun barəsində həbs növü olmayan, başqa yerə getməmək qəti intizam tədbiri seçilib.

Cəmil Məmmədli 15 dekabr 2022-ci ildə rayon sakini C.Ağabalayevlə münaqişə zamanı onun ünvanına  nalayiq ifadələr işlədərək vətəndaşlar üzərində zor tətbiq etmək hədəsi ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ona əl və ayaqla xəsarətlər yetirib və onun anasının bədən nahiyəsinə zərbələr endirməklə xuliqanlıq əməli törətməsinə əsaslı şübhələr müəyyən edilib. Onun barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılmışdı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb