• $ 1.7
  • € 1.9636
  • ₽ 0.020923
  • ₺ 0.0419
  • £ 2.2694

“Rusiyanın Azərbaycanda yeni hərbi baza tikməsi real deyil”

“Rusiyanın Azərbaycanda yeni hərbi baza tikməsi real deyil”
19.08.2015 16:00
Rusiya Müdafiə Nazirliyinin "Zvezda” telekanalının yaydığı məlumata görə, bu ölkə Qəbələ RLS-in əvəzində Azərbaycanda yeni hərbi baza tikməyə hazırlaşır.

Məlum olduğu kimi, 2012-ci ildə Rusiya Müdafiə Nazirliyi Qəbələ RLS-in izlədiyi əraziləri bundan sonra Armavirdə yeni quraşdırılan "Voronej-DM” tipli RLS-in izləyəcəyi haqda bəyanat verib. Bununla da Rusiyanın Azərbaycanda sonuncu hərbi obyekti bağlanıb və ölkəmizdə hərbi iştirakı sona çatıb. Qəbələ RLS-ə ehtiyacı olmadığını deyən Rusiyanın yenidən Azərbaycanda hərbi baza yaratması nə qədər realdır?
Modern.az saytının məsələ ilə bağlı suallarını hərbi ekspert Üzeyir Cəfərov cavablandırıb. O, Azərbaycan tərəfdən rəsmi açıqlama olmadığından belə bir stansiyanın yaradılmasını real hesab etmir:

"Məlumatın Rusiya Müdafiə Nazirliyinə yaxınlığı ilə tanınan "Zvezda” kanalı vasitəsilə yayılmasına baxmayaraq, Azərbaycanın Müdafiə Nazirliyi rəsmi açıqlama verənə qədər gözləməliyik. Ola bilər ki, informasiyada qeyri-dəqiqliklər var”.

Üzeyir Cəfərov onu da qeyd edib ki, sözügedən RLS-in yaradılması real olsa belə, Qəbələ RLS-in yerin verə bilməz: "Qəbələ RLS 6 min kilometr məsafədə bütün hədəfləri eyni zamanda izləyir və lazım olan vacib məlumatları Moskvaya çatdırırdı. "Voronej” tipli radiolokasiya stansiyaları bir qədər fərqlidir. Bu stansiyalar min kilometr məsafədə 500 hədəfi izləmək imkanına malikdir.

Əlbəttə, Rusiya 2012-ci ildə Qəbələ RLS-i tərk edəndə öz məsələlərini həll etdiklərini, ehtiyacları olmadığını bildirirdi. Bundan sonra dövriyyəyə yeni hərbi baza tikintisi xəbərinin buraxılması şübhə doğurur”.

Ekpsert Rusiya mənbələrinin də məsələyə inanmadıqlarını vurğulayıb: "Stansiya yenidən Azərbaycan ərazisində qurulsa, ən azı 2 ilə yaxın vaxt lazım gələcək. Bəzi hallarda stansiyanın qurulması 8-9 aya da başa gəlir. Amma bu son dərəcə dəqiq texnologiyadır, onun işə salınması asan məsələ deyil. Nəzərə alsaq ki, indi 2015-ci ilin ortalarıdır, onların bunu 2017-ci il üçün nəzərdə tutduqlarını b nəzərə alsaq vaxt baxımından müəyyən uyğunluq var.

Bu məsələ Rusiya mütəxəssisləri, hərbi ekspertləri tərəfindən maraqla qarşılansa da, onlar özü məlumatın səhihliyinə inanmırlar. Yəqin ki, yaxın zamanlarda Azərbaycanın müdafiə və xarici işlər nazirlikləri rəsmi açıqlama verəcəklər.  

Azərbaycanın milli təhlükəsizlik konsepsiyası və hərbi doktrinasında deyilir: "Xarici ölkə qoşunları və hərbi kontingenti Azərbaycan ərazisində yerləşdirilə bilməz. Ona icazə yalnız parlament səviyyəsində verilə bilər”. Nəzərə alaq ki, noyabr ayında parlamentin yeni üzvləri müəyyən olunacaq. Səslənən bir fikir real olsa belə, parlament işə başlayandan sonra müzakirə mövzusu ola bilər”.  

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Sabah Bakıda 40, rayonlarda 41 dərəcə isti olacaq
Cəmiyyət 12:29
Sabah Bakıda 40, rayonlarda 41 dərəcə isti olacaq
Bakıda karaoke klubunun fəaliyyəti yanğın təhlükəsinə görə dayandırılıb
Cəmiyyət 11:11
Bakıda karaoke klubunun fəaliyyəti yanğın təhlükəsinə görə dayandırılıb
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində maliyyə pozuntuları aşkarlayıb
Cəmiyyət 11:03
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində maliyyə pozuntuları aşkarlayıb
Son sutkada cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb
Cəmiyyət 10:50
Son sutkada cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb
Magistraturaya elektron sənəd qəbulunun vaxtı uzadılıb
Cəmiyyət 10:13
Magistraturaya elektron sənəd qəbulunun vaxtı uzadılıb
1071 abituriyent jurnalist olmaq üçün qabiliyyət imtahanı verəcək
Cəmiyyət 09:38
1071 abituriyent jurnalist olmaq üçün qabiliyyət imtahanı verəcək
Xalq artisti Arif Babayev 87 yaşında vəfat edib
Cəmiyyət 08:43
Xalq artisti Arif Babayev 87 yaşında vəfat edib
Yevlaxda evdə 2 meyit aşkarlanıb
Cəmiyyət 23:03
Yevlaxda evdə 2 meyit aşkarlanıb
Sumqayıtda yanğın başlayıb
Cəmiyyət 21:47
Sumqayıtda yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol