• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər

Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
29.05.2020 10:08
"Bakı şəhəri və onun ətraflarında aparılmış geoloji işlərə uyğun olaraq qeyd etmək olar ki, intensiv külək korroziyası, güclü leysan yağışları nəticəsində yamaclarda süxurlar güclü denudasiya prosesinə məruz qalır və oradakı obyektlər, yaşayış məntəqələri təhlükə qarşısında qalır.

Bunları daha çox "irəliləyən yamaclar” adlandırırlar”.
 
Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib. O bildirib ki, sürüşmə ehtimalı olan ərazilər Bayıl yamacı, Bayıl dərəsi və onun qərb yamacı, "Qurd qapısı” - Badamdar dağı tilinin qərb yamacı, Badamdar qəsəbəsinin cənub-şərq yamacı, Badamdar dağı -Şıxov sinklinalının şərq yamacı, Yasamal yaylasının cənub-şərq yamacı, Xocasən vadisinin cənub-şərq yamacı, Bakıxanov dağının şərq və cənub-şərq yamacları, Bülbülə gölünün qərb və şərq yamacları, Əhmədli yaylasının şimal-şərq, şərq, cənub-şərq yamacları, Zığ vadisinin qərb yamacı, Qardaşoğlu dağının şərq və qərb yamaclarındadır. 
 
Baş geoloq əlavə edib ki, təkrar sürüşmə baş vermə baxımından ən təhlükəli Bayıl yamacı, Zığ vadisinin qərb yamacı, Bülbülə gölünün qərb və şərq yamaclarını hesab etmək olar: "Yamaclarda profilaktik tədbirlər görülməsinə baxmayaraq, həmin sürüşmə sahələrində təhlükəlilik dərəcəsi qalmaqdadır”.
 
Ə. Piriyev qeyd edib ki, təkrar sürüşmələr nəticəsində yamacların təbii strukturu pozulduğundan, sürüşmə kütləsi öz kökündən qopduğundan və dayanıqlığını itirdiyindən istənilən kənar müdaxilənin təsirindən sürüşmə prosesinin hər an təkrarlanmasına şərait yarana bilər.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
10:28
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cəmiyyət 10:08
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cavid Hüseynovun məhkəməsi başlayıb
Cəmiyyət 09:47
Cavid Hüseynovun məhkəməsi başlayıb
Milli Məclisin deputatına ağır itki
Cəmiyyət 09:37
Milli Məclisin deputatına ağır itki
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Cəmiyyət 09:26
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Direktor olmaq istəyənlərin nəzərinə
Cəmiyyət 09:25
Direktor olmaq istəyənlərin nəzərinə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol