• $
  • €
  • ₽
  • ₺
  • £

İtkin düşmüş neftçilərdən 6-nın cəsədi tapıldı

İtkin düşmüş neftçilərdən 6-nın cəsədi tapıldı
07.12.2015 16:11
"Günəşli" yatağında baş vermiş qəza zamanı itkin düşmüş şəxslərdən altısının cəsədi tapılıb.

ANN.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, saat 13:20 radələrində qəza baş vermiş özüldən 65-70 km məsafədə FHN-in helikopterləri dənizdə 6 nəfərin cəsədini aşkar edib və həmin cəsədlər helikopterin göyərtəsinə qaldırılıb.

Bunlardan Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğlunun cəsədləri sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib. Digər 4 cəsəd isə yaxın zamanda sahilə çatdırılacaq.

Axtarış əməliyyatı davam etdirilir. Əlavə məlumat veriləcək.​

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. Hazırda 26 nəfərin axtarışı davam etdirilir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol