• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni nazirdən baş direktor təyinatı

Yeni nazirdən baş direktor təyinatı
27.01.2016 15:55
Telefon Rabitəsi İstehsalat Birliyinin yeni Baş direktoru məlum olub.

ANN.Az-ın Xeberler.az-a istinadən verdiyi xəbərə görə, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə Rövşən Babayev Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) Baş direktorunun səlahiyyətlərini icra edəcək.

Rövşən Babayevin artıq bir neçə gündür Baş direktor olaraq fəaliyyətə başladığı bildirilir.

Xatırladaq ki, bir müddət əvvəl "MTN işi” ilə bağlı Birliyin Baş direktoru Beytulla Hüseynov vəzifəsindən azad edilərək həbs olunub. 

Ötən ilin sonlarında əvvəllər AzTelekomda çalışan Razi Tağıyev Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə yeni texniki direktor vəzifəsinə təyin edilib. Bu günə qədər bu qurumun Baş direktorunun səlahiyyətlərini Razi Tağıyev icra edirdi.

Qeyd edək ki, Rövşən Babayevin təyinatı ilə bağlı rəsmi açıqlama yayılmayıb və nazirliyin rəsmi internet resurslarında bu haqda məlumat verilməyib.

RYTN-nin tabeliyində ən böyük telekommunikasiya qurumlarından olan Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Bakı şəhəri ərazisində dövlət hakimiyyət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə və əhaliyə bütün növ telefon, genişzolaqlı internet, radiorabitəsi, digər müasir telekommunikasiya və multiservis xidmətləri göstərir.

BTRİB-in strukturuna 7 Avtomat Telefon qovşağı, Bakı Kabel Qovşağı, Bakİnternet və AzEvroTel dövlət provayderləri və digər rabitə qurumları daxildir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol