• $ 1.7
  • € 1.9216
  • ₽ 0.020775
  • ₺ 0.0441
  • £ 2.2624

Təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələrə güzəştli kreditlər veriləcək

Təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələrə güzəştli kreditlər veriləcək
06.06.2016 12:23
Azərbaycanda təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər veriləcək.
 
APA-nın xəbərinə görə, bunu Maarifçi Tələbə Kredit Fondunun (MTKF) fəaliyyətə başlamasına və qurumun saytının istifadəyə verilməsinə həsr olunan media – brifinqdə MTKF-nin icraçı direktoru Rüfət Mahmud deyib. 
 
Onun sözlərinə görə, Fondu Təhsil Nazirliyinin təşəbbüsü dövlət ali təhsil müəssisələri - Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti təsis edib.
 
R. Mahmud qeyd edib ki, fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır: "Kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər. Fonda Azərbaycan vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
MTRŞ ANS-in yayımının dayandırılması ilə bağlı məlumat yaydı
Cəmiyyət 20:54
MTRŞ ANS-in yayımının dayandırılması ilə bağlı məlumat yaydı
TQDK bəzi imtahanların pullu olması ilə bağlı Tarif Şurasına müraciət edəcək
Cəmiyyət 13:00
TQDK bəzi imtahanların pullu olması ilə bağlı Tarif Şurasına müraciət edəcək
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Cəmiyyət 18:58
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələrə güzəştli kreditlər veriləcək
Cəmiyyət 12:23
Təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələrə güzəştli kreditlər veriləcək
Zaqatalada xüsusi əməliyyat - vəzifəli şəxslər saxlanıldı
Cəmiyyət 17:40
Zaqatalada xüsusi əməliyyat - vəzifəli şəxslər saxlanıldı
MN: İşğaldan azad olunan ərazilərdəki postlar yenidən qurulub
Cəmiyyət 15:41
MN: İşğaldan azad olunan ərazilərdəki postlar yenidən qurulub
Dövlət Pedaqoji Universitetinin rektoru işdən çıxarıldı
Cəmiyyət 18:19
Dövlət Pedaqoji Universitetinin rektoru işdən çıxarıldı
Azərbaycan Tibbi Universitetinə yeni rektor təyin edildi
Cəmiyyət 17:46
Azərbaycan Tibbi Universitetinə yeni rektor təyin edildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol