ASXM sertifikatlarının yenilənməsi ilə əlaqədar fəaliyyətə başladı

Vergilər Nazirliyi tərəfindən informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsinin genişləndirilməsi, göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi məqsədi ilə 2013-cü ilin iyun ayından etibarən Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) hüquqi və fiziki şəxslərə sertifikat xidmətinin göstərilməsi ilə bağlı fəaliyyətə başlayıb.
Nazirlikdən ANN.Az-a verilən məlumata görə, Asan İmza sertifikatının qüvvədə olma müddəti 3 il olduğundan 2013-cü ilin avqust və növbəti aylarında alınmış sertifikatların etibarlıq müddəti 2016-cı ilin avqust və növbəti aylarında bitəcək. Asan İmza sertifikatının yenisini almaq istəyənlər qüvvədə olan ASAN imza vasitəsi ilə www.asxm.gov.az/portal/login portalına daxil olub müvafiq ərizəni, müqaviləni və etibarnamələri imzaladıqdan sonra ASAN imza sim kartını dəyişərək vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ASAN xidmət mərkəzlərinə yaxınlaşa bilərlər.
Vətəndaşların ASAN İmza ilə əlaqədar əlavə suallar yaranarsa Vergilər Nazirliyinin 195-1 Çağrı mərkəzinə, rəsmi internet saytının "Sual-cavab” bölməsinə (www.taxes.gov.az/www.taxes/faq/sual.html) və www.asxm.gov.az internet ünvanına müraciət edə bilərlər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 