• $ 1.7
  • € 1.9588
  • ₽ 0.021656
  • ₺ 0.0429
  • £ 2.2867

Sızanaq izlərini və qırışları yox edən prosedur: fraksional lazer

Sızanaq izlərini və qırışları yox edən prosedur: fraksional lazer
02.11.2016 18:57
Fraksional lazer müalicəsi dərinin ümumi quruluşunda yaxşılaşma təmin etmək məqsədilə istifadə olunan komfortlu və çox sürətli irəliləyiş müddəti olan lazer prosedurudur. Bu prosedur pasientin dəri quruluşu, ehtiyacları və gözləntiləri çərçivəsində fərdi olaraq həyata keçirilir. Akne yara müalicəsi və qırışların aradan qaldırılmasında təsirlidir.
 
Müasir dövrdə kosmetologiya sahəsində çox istifadə edilən bu prosedur haqqında həkim-kosmetoloq Xariqə Quliyeva Aile.lent.az-a danışıb.
 
Kosmetoloq bildirir ki, fraksional lazer texnologiyası ilə çox incə lazer işığı istifadə etməklə dəri üzərində bir-birinin ardınca minlərlə iynə dəliyi boyda dəliklər açılır. Dərinin yalnız müəyyən bir qismi lazer şüalarına məruz qalaraq məhv olur, dəliklərin aralarında qalan toxumalar isə zərər görmür: "Zədələnməyən bu toxumalar yaxşılaşma prosesinin çox sürətli olmasını təmin edir. Yaxşılaşma müddəti əsnasında yenidən sıx kollagen meydana gəlir, bu da dərinin gərginləşməsinə və elastikliyinin artmasına səbəb olur. Bunun nəticəsində akne izləri azalır, qırışlar aradan qaldırılır, məsamələr sıxlaşır, dəri daha canlı və gənc bir görünüş qazanır”.
 
Fraksional lazer sızanaq, yara izləri, dəri çatları müalicəsində və qırışların aradan qaldırılmasında təsirlidir. Ehtiyaca görə fraksional lazer müalicəsi lazer pilinq əməliyyatı ilə daha təsirli nəticələr üçün kombinə edilə bilər: "Akne izləri və qırışlar çox dərin deyilsə, elə bir seansla müvəffəqiyyətli nəticələr alına bilər. Xəstənin ehtiyacına və gözləntilərinə əsasən təkrar seanslar tətbiq olunur. Seansların nə qədər təsirli olacağı isə dərinin quruluşundan asılıdır”.
 
X.Quliyeva deyir ki, fraksional lazer müalicəsinin tətbiqi dərinin müalicə ediləcəyi bölgənin təmizlənməsi ilə başlanır. Lazer yüngülcə üzə təmas edilir. Lazer şüaları dəriyə toxunduqda toqquşma hiss edilir və çırtıltı səsləri eşidilir. Bütün müalicə ediləcək bölgə lazer şüaları ilə daranır. Fraksional lazer proseduru üz bölgəsi üçün 30-40 dəqiqə içində tamamlanır: "Bir neçə gün ərzində dəri normal vəziyyətinə qayıdır. Lazer tətbiqindən sonra nəmləndirmə məhsulları istifadə edilməlidir. Fraksional lazer müalicəsi dərini günəşə qarşı həssas edir. Ona görə də mütləq yüksək qoruma faktorlu günəş kremi çəkmək lazımdır. Ümumiyyətlə, adi günlərdə də dərinin erkən yaşlanmasının qarşısını almaq üçün nizamlı olaraq günəş qoruyucuları istifadə olunmalıdır”.
 
Müalicəsinin nəticəsi 4-6 ay müddətində hiss edilir. Bu müddət ərzində dəri davamlı yaxşılaşma dövrünü yaşayır.
 
Qeyd edək ki, Xariqə Quliyeva fraksal lazerlə cavanlaşma (üz, boyun, dekolte), çapıq, yara, məsamələrin fraksal müalicəsi, üzün pilinqlə təmizlənməsi (Shining Peel), dartınmaların ER. YAQ lazerlə müalicəsi, ultrasəs aparatı vasitəsilə təmizləmə, üzə qulluq (Thalgo və Casmara), lazer epilyasiyası (Gentlelase PRO), inyeksiyasız mezoterapiya, mezoniti (üzün dartılması), Karbon Pilinq Spectra, üzün təmizlənməsi, tatuların silinməsi və kontur plastikası kimi kosmetoloji prosedurları həyata keçirir.
 
Prosedurlara yazılmaq istəyən xanımlar (050) 303 0209 (Whatsapp) / (055)3030209 telefon nömrələri vasitəsilə əlaqə saxlaya və ya suallarını www.instagram.com/kosmetoloq_xariqa instagram səhifəsi vasitəsilə kosmetoloqa ünvanlaya bilərlər.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Cəmiyyət 08:54
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Xarici vətəndaşların İrandan Azərbaycana təxliyəsi davam edir
Cəmiyyət 21:06
Xarici vətəndaşların İrandan Azərbaycana təxliyəsi davam edir
Bakı-Quba yolunda qəza olub, ölənlər var
Cəmiyyət 19:30
Bakı-Quba yolunda qəza olub, ölənlər var
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 16:33
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Lənkəranda yük və minik avtomobilləri toqquşub
Cəmiyyət 15:24
Lənkəranda yük və minik avtomobilləri toqquşub
Leysan yağacaq, dolu düşəcək - Sabahın hava proqnozu
Cəmiyyət 12:45
Leysan yağacaq, dolu düşəcək - Sabahın hava proqnozu
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq elan edilib
Cəmiyyət 12:10
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq elan edilib
Bakıda sursat aşkar edilib - Video
Cəmiyyət 11:53
Bakıda sursat aşkar edilib - Video
Bakıda külək güclənib - FAKTİKİ HAVA
Cəmiyyət 10:48
Bakıda külək güclənib - FAKTİKİ HAVA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol