• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Radioaktiv və geokimyəvi şəraitin insan sağlamlığına təsiri aşkarlanıb

Radioaktiv və geokimyəvi şəraitin insan sağlamlığına təsiri aşkarlanıb
24.01.2017 18:31
"2015-2017-ci illəri əhatə edən biokimyəvi rayonlaşdırma və əhalinin sağlamlığının regional proqnozlaşdırılması layihəsi çərçivəsində çöl tədqiqatlarının keçirildiyi ərazilərdəki landşaftların təbii radiasiya fonu və geokimyəvi xüsusiyyətləri ekoloji cəhətdən öyrənilib, radioaktiv və geokimyəvi şəraitin insan sağlamlığına təsiri aşkara çıxarılıb".
 
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun geoloji mühitin qamma-spektrometriyası şöbəsinin müdiri Çingiz Əliyev deyib. O bildirib ki, bu məqsədlə landşaft komponentlərində makro və mikroelementlərin, ətraf mühiti çirkləndirən radionuklidlərin və kanserogen xarakterli toksik mikroelementlərin miqdarı və paylanması müəyyənləşdirilib.
 
Ç. Əliyev qyed edib ki, ilk dəfə hazırlanmış rəqəmsal məlumat bazası əsasında ölkə daxilindəki geosistemlərdə ekogeokimyəvi şəraitin diaqnostik-funksional xüsusiyyətləri müəyyən edilib: "İnsan sağlamlığına təsir göstərə bilən tipomorf makro və mikroelementlərin, toksik duzların, kanserogen kimyəvi maddə və birləşmələrin konsentrasiya qanunauyğunluqları tədqiq edilib və bir-birini tamamlayan proqnostik yükdaşıyan üçlaylı, rəqəmsal "Azərbaycan Respublikasının landşaftı”, "Ekogeokimyəvi landşaft” və "Tibbi-ekogeokimyəvi landşaft” xəritələri tərtib olunub. Yekun hesabat hazır olduqdan sonra alınan nəticələr Səhiyyə Nazirliyinə təqdim ediləcək”.
 
Qeyd edək ki, bu iş AMEA-nın 2 institutu - Geologiya və Geofizika, Coğrafiya institutları ilə birgə aparılır və  aprel ayına kimi davam edəcək.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qaradağda zəncirvari qəza tıxaca səbəb olub
Cəmiyyət 22:36
Qaradağda zəncirvari qəza tıxaca səbəb olub
Binə TM-də elektrik dirəyi aşıb
Cəmiyyət 21:37
Binə TM-də elektrik dirəyi aşıb
Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib
Cəmiyyət 20:04
Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 19:11
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Pənah Hüseyn istefa verib
Cəmiyyət 18:10
Pənah Hüseyn istefa verib
Qusarda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Cəmiyyət 17:50
Qusarda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Cəmiyyət 17:30
DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 17:15
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 13:36
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol