• $
  • €
  • ₽
  • ₺
  • £

Məhəbbət Vəliyeva: “Uşaqlar ev tapşırıqları ilə həddən çox yüklənir"

Məhəbbət Vəliyeva: “Uşaqlar ev tapşırıqları ilə həddən çox yüklənir"
11.02.2017 13:20
"Razıyam ki, bu gün ibtidai siniflərdə uşaqlar ev tapşırıqları ilə bəlkə də həddindən çox yüklənirlər. Bunun nə dərəcədə faydalı olması da sual doğuran məqamdır”.

"Report”un məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva "ASAN radio”nun "QəbuldASAN” verilişində bildirib.

"Ümumiyyətlə dünyada aparılan tədqiqatlar göstərir ki, ibtidai siniflərdə ev tapşırıqlarının çoxluğu uşağın növbəti mərhələlərdə təhsil nailiyyətlərinə birbaşa müsbət təsir etmir” - deyən idarə müdiri qeyd edib ki, bu gün rəhbərlik etdiyi qurumun tabeliyində "Təlimə dəstək mərkəzi” yaradılıb: "Mərkəzin fəaliyyəti müəllimlərin işini tənzimləmək məqsədi daşıyır. Hesab edirəm ki, burada eyni zamanda, müəllimlərin şagirdlərə verdiyi ev tapşırıqlarının yükü ilə bağlı məsələni müzakirəyə çıxaracağıq, bu barədə onlara tövsiyələr verəcəyik. Çünki etiraf ki, bu məsələ indiki dövrdə bir az müəllimin özünün təşəbbüsünə və yaradıcılığına bağlıdır”.

İdarə müdirinin sözlərinə görə, bəzən müəllimə elə gəlir ki, bununla o, uşaqlara böyük fayda vermiş olur: "Lakin düşünmək lazımdır ki, ev tapşırıqlarının yükü çox olanda şagirdlərin bir müddətdən sonra təhsilə marağı qalmır, təhsilinə müsbət təsir etmək əvəzinə bəzən hətta mənfi təsir də göstərmiş olur”.

M.Vəliyeva eyni zamanda, dərsliklərin məzmununun çətin olması ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib. O əlavə edib ki, dərsliklərin məzmunu ilə bağlı müxtəlif fikirlər səsləndirilir: "Hətta bəzən valideynlərin məzmunun çətinliyindən şikayət edir. Dərsliklərin məzmununun daha da təkmilləşdirilməsi istiqamətində Təhsil Nazirliyi tərəfindən mütəmadi şəkildə işlər aparılır”.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol