• $
  • €
  • ₽
  • ₺
  • £

Toyuq ətinin qiymətində bahalaşma müşahidə edilir

Toyuq ətinin qiymətində bahalaşma müşahidə edilir
22.02.2017 15:20
Bakı sakinləri toyuq ətinin son günlərdə bahalaşdığını bildirirlər.

ANN.Az Xəzər TV-yə istinadən bildirir ki, toyuq ətinin qiyməti 4 manat 20 qəpik - 4 manat 60 qəpik arasında dəyişir. Qiymət dəyişikliyi, xüsusilə, toyuq filesində, yəni döş ətində nəzərə çarpır.

Satıcılar filenin qiymətinin 1 manatdan çox artdığını təsdiq edirlər. Onlar filenin müxtəlif firmalar tərəfindən hazır şəkildə gətirildiyini və qiyməti də firmaların təyin etdiyini deyirlər.

Bazarlarda açıq şəkildə satılan döş əti - filenin qiyməti isə artmayıb. Kiloqramı 6 - 6 manat 50 qəpiyə file tapmaq mümkündür.

Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyevin sözlərinə görə, nə toyuğun, nə də filenin qiyməti broylerlər tərəfindən qaldırılmayıb və əgər belə fakt varsa, qiyməti mağaza sahibləri süni yolla artırıblar. Məhsulun arxasındakı məlumat kağızı mağazada vurulduğundan qiyməti də onlar təyin edirlər.

"Toyuq məhsulunun topdansatış qiymətində heç bir qiymət artımından söhbət gedə bilməz”, - deyə Aydın Vəliyev bildirib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol