• $
  • €
  • ₽
  • ₺
  • £

Rasim Əliyevin ölümündə təqsirləndirilənlərin apellyasiya məhkəməsinin vaxtı məlum olub

Rasim Əliyevin ölümündə təqsirləndirilənlərin apellyasiya məhkəməsinin vaxtı məlum olub
25.02.2017 11:16
Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri üzrə məhkəmənin başlama vaxtı məlum olub.

APA-nın məlumatına görə, həmin şəxslərin şikayəti üzrə məhkəmənin baxış iclası martın 1-nə təyin edilib. İşə Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Apellyasiya Məhkəməsində həmin şəxslərin şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib. Həmin vaxt təqsirləndirilən şəxslərin vəkilləri məhkəmənin istintaqla aparılması barədə vəsatət veriblər. Məhkəmə vəsatəti təmin etməyib. Bundan sonra vəkillər həmin qərardan kassasiya şikayəti veriblər. Lakin Ali Məhkəmə əvvəlki instansiya məhkəməsinin qərarını qüvvəsində saxlayıb və iş baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

Jurnalist Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyevin üzərində cərrahiyyə əməliyyatı aparılıb. O, xəstəxanada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib. Səbail rayon Məhkəməsinin ötən il mayın 31-də çıxardığı hökmlə C. Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi ötən il oktyabrın 12-də onun cəzasını 1 il 2 aya endirib və o, azadlığa buraxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol