Bakıda tələbə qızlar arasında dava: Bir nəfər xəstəxanalıq oldu

Bakıda ali məktəbdə tələbə qızlar arasında dava olub.
ANN.Az Report-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda, Azərbaycan Dövlət İqtisad Universitetinin II tədris binasında qeydə alınıb.
Belə ki, 19 yaşlı tələbə Babayeva Səma Tahir qızı tələbə yoldaşı ilə mübahisə edib. Nəticədə onlar arasında əlbəyaxa dava olub və S.Babayeva döyülərək üz nahiyəsindən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























