• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Azərbaycanda pullu yol

Azərbaycanda pullu yol
18.05.2017 22:37
Ələt-Astara magistralına alternativ çəkilən 4 zolaqlı yeni yol bu ilin sonuna kimi istifadəyə veriləcək.
 
Xezerxeber.az xəbər verir ki, uzunluğu 204 km olan və hazırda istifadə edilən yolu 40 km qısaldan bu yolda işlərin böyük hissəsi yekunlaşdırılıb və bəzi ərazilərdə asfaltlanma işləri aparılır.

Yolun gələn il istifadəyə veriləcək 50 km-lik hissəsi Salyan rayonu Şorsulu qəsəbəsi ərazisinə düşür. Müvəqqəti olaraq sürücülər hazırda isitfadə edilən yoldan keçməklə yenidən bu magistrala çıxa biləcəklər. İki gediş və iki gəliş zolaqından ibarət olacaq yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə yol boyu 55 əsas kənd və qəsəbələrdən keçən hissədə körpü və birləşmələr inşa edilib.

Yeni çəkilən yol Ələt-Astara yoluna alternativ olacaq və yolun pullu olması nəzərdə tutulur. Bununla bağlı Nazirlər Kabtinetinə təklif göndərilib. Qəbul edilərsə, nəqliyyat vasitələrinin növünə görə rüsum da fərqli olacaq.

Pullu yol istifadəyə verildikdən sonra hazırda istifadə edilən biri gəliş, biri gediş olmaqla 2 zolaqlı yol da təmir ediləcək və alternativ yol kimi istifadəyə veriləcək. Onu da vurğulayaq ki, hazırda istifadə edilən yol ensiz olduğundan burada tez-tez ölümlə nəticələnən qəzalar baş verir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qaradağda zəncirvari qəza tıxaca səbəb olub
Cəmiyyət 22:36
Qaradağda zəncirvari qəza tıxaca səbəb olub
Binə TM-də elektrik dirəyi aşıb
Cəmiyyət 21:37
Binə TM-də elektrik dirəyi aşıb
Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib
Cəmiyyət 20:04
Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 19:11
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Pənah Hüseyn istefa verib
Cəmiyyət 18:10
Pənah Hüseyn istefa verib
Qusarda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Cəmiyyət 17:50
Qusarda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Cəmiyyət 17:30
DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 17:15
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 13:36
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol