• $
  • €
  • ₽
  • ₺
  • £

Qəzalı təhsil ocaqları modul tipli məktəblərlə əvəzlənəcək

Qəzalı təhsil ocaqları modul tipli məktəblərlə əvəzlənəcək
12.06.2017 17:40
Azərbaycanda ilk dəfə olaraq, 44 rayonu əhatə edən azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbləri modul tipli məktəblərlə əvəzlənir.

Təhsil Nazirliyindən Oxu.Az-a bildirilib ki, pilot layihə çərçivəsində Göyçay, İsmayıllı və Lənkəranda 3 məktəb quraşdırılaraq, təhvil verilib. 2017/2018-ci illərdə 232 modul tipli məktəbin də quraşdırılması planlaşdırılıb. Bu ilin sonunadək isə 100 məktəb təhvil veriləcək.

Hazırda 25 rayonda 41 məktəbin quraşdırılmasına başlanılıb. Bu məktəblərin üstünlükləri azməsrəfli olması ilə yanaşı, qısa müddətdə istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb-artırılmasıdır.

Son 13 ildə ölkədə məktəblərin 70 faizi yenidən tikilib və ya əsaslı təmir olunub. 2016/2017-ci tədris ilində ölkə üzrə 29 yeni məktəb, o cümlədən Təhsil Nazirliyinin sifarişi ilə 7 məktəb istifadəyə verilib. 101 məktəbdə əsaslı və 384 məktəbdə təmir işləri aparılıb. 17 təhsil müəssisəsində təmir-tikinti işləri davam edir.
2017/2018- ci tədris ilinə qədər  Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi ilə 7 təhsil müəssisəsində təmir-tikinti işlərinin başa çatdırılması nəzərdə tutulub.

Təhsil sferasında maliyyə və inzibati resursların idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə 15 ərazi maliyyə hesablaşma mərkəzi yaradılıb. Yeni mexanizmin tətbiqi regionlarda yerləşən 4.134 təhsil müəssisəsini, o cümlədən 3875 ümumtəhsil və 259 məktəbdənkənar təhsil müəssisəsini və həmin təhsil müəssisələrində çalışan 175 minə yaxın təhsil işçisini əhatə edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol