Yol polisi sürücüyə şillə atdı – VİDEO

İsmayıllı-Qəbələ yolunda Dövlət Yol Polisinin əməkdaşı ilə sürücü arasında mübahisə düşüb.
anews.az baku.ws-ə istinadən xəbər verir ki, yol polisi sürücü çəkiliş apararkən kamerasına vurub.
Məlumata görə, sürücü iddia edir ki, YPX-in əməkdaşı onları düz yolda ötmə əməliyyatı etdiklərinə görə saxlayıb. Onlar inspektordan qayda pozduqlarını sübut etməsini istəyiblər.
Sürücünün sənədlərini polisə verməməsi inspektoru əsəbiləşdirib. O, çəkiliş zamanı kameranı vurub.
www.anews.az
























