• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil Nazirliyi tələbələrin köçürülməsi ilə bağlı narazılıqlara münasibət bildirib

Təhsil Nazirliyi tələbələrin köçürülməsi ilə bağlı narazılıqlara münasibət bildirib
08.08.2017 16:40
anews.az APA-ya istinadən xəbər verir ki, Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov bildirib ki, tələbələrin köçürülməsi qaydalarında müəyyən tələblər var.

Onun sözlərinə görə, Bakıda yerləşən ali təhsil müəssisələrində köçürülmə zamanı tələbənin öz ixtisası üzrə qəbul ilində topladığı bal köçürüləcəyi ali məktəbdəki ixtisas və digər başqa ixtisas üzrə qəbul balından yüksək olmalıdır: "Bu şərt ödənməlidir. Tələbənin transfer.edu.az portalına müraciətinə baxmayaraq, bu şərt ödənməsə, müraciətdən imtina olunur. Bu hal isə tələbə və onun valideynində narazılıq yaradır. Köçürülmənin bəlli qaydaları var və həmin qaydalar gözlənilməlidir”.

Sektor müdiri qeyd edib ki, əsas narazılıqlar xarici, xüsusən MDB məkanında yerləşən ali təhsil müəssisələrindən Azərbaycanın ali təhsil müəssisələrinə köçürülmək istəyən tələbələrlə bağlıdır: 

"Xaricdə - istər MDB, istərsə də Qərb ölkələrinin ali məktəbləri olsun, əgər tələbə TOEFL, İELTS imtahanları ilə universitetə qəbul olunubsa, onların köçürülməsində hər hansı problem yoxdur. Hazırda bir sıra ölkələrdə ali təhsil biznes xarakteri daşıyır. Böyük sayda xarici universitetlər var ki, tələbə qəbulu imtahansız, yalnız attestatla aparılır. İmtahansız, attestatla xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olunana tələbələrin köçürülməsində məhdudiyyətlər var”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Cəmiyyət 14:38
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 13:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Sabahın hava proqnozu
Cəmiyyət 12:39
Sabahın hava proqnozu
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Bakının bir sıra yollarında sürət həddi endirilib
Cəmiyyət 12:01
Bakının bir sıra yollarında sürət həddi endirilib
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Cəmiyyət 10:51
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
Cəmiyyət 18:06
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol