• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Baytar məktəb direktoru təyin olundu - Azərbaycanda

Baytar məktəb direktoru təyin olundu - Azərbaycanda
28.09.2017 09:51
İmişli rayonunun Sarıxanlı kəndində baytarın orta məktəbə direktor təyin edildiyi iddia edilir.

Yenicag.az xəbər verir ki, bu barədə sözü gedən kəndin sakini Zaur Məhərrəmov adlı şəxs məlumat verib.

Adı çəkilən şəxs iddia edib ki, 1 nömrəli Sarıxanlı kənd orta məktəbinə təyin edilən Sahil Vəliyev ixtisasca baytardır:

"O, hazırda kənd təsərrüfatı ilə məşğuldur. Onu bu vəzifəyə Təhsil şöbəsinin müdiri Ramiz müəllim qoyub. Bundan başqa o, həm də dil-ədəbiyyat müəllimi işləyir. Bu ixtisasla bağlı isə onun qanuni diplomu yoxdur. Saxta diplomla işləyir. Onun bu diplomu Təhsil Nazirliyi tərəfindən tanınmır”.

Zaur Məhərrəmov qeyd edib ki, məsələ ilə bağlı Təhsil Nazirliyinə məlumat verilib: "Məktəbdə özbaşınalıqdır, kimin gəldi adını yazıb ştat doldurub. Mənim övladlarım orada oxuyur və bizi narahat edir. Mala- qoyuna iynə vuran adam necə dərs keçə bilər? Belə təhsil olar? Narazılıq edəndə də bildirir ki, "pulumu verib direkor olmuşam. Heç kəs məni işdən çıxara bilməz”.

Məsələ ilə bağlı İmişli rayon Təhsil Şöbəsinin müdiri Ramiz Əmirov isə Sarıxanlı kənd 1 nömrəli orta məktəbin direktoru Sahil Vəliyev barəsində dediyi bütün iddialarə əsassız hesab edir: "Sahil Vəliyev həmin məktəbdə direktor müavini işləyirdi. Qanuna əsasən direktor işdən çıxanda müavin direktor əvəzi təyin edilir. Sahil Vəliyev baytar deyil”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
BMT: Qəzzada Nasser xəstəxanasına hücumda 20 nəfər, o cümlədən 5 jurnalist öldürülüb
Cəmiyyət 22:34
BMT: Qəzzada Nasser xəstəxanasına hücumda 20 nəfər, o cümlədən 5 jurnalist öldürülüb
Cəlilabadda 5 avtomobil toqquşub - Xəsarət alanlar var
Cəmiyyət 20:00
Cəlilabadda 5 avtomobil toqquşub - Xəsarət alanlar var
Təcili tibbi yardım avtomobilində bir gündə 3 körpə doğulub
Cəmiyyət 19:19
Təcili tibbi yardım avtomobilində bir gündə 3 körpə doğulub
Bakının bu rayonunda qaz kəsiləcək
Cəmiyyət 19:13
Bakının bu rayonunda qaz kəsiləcək
Bakıda süni göldə uşaq batıb
Cəmiyyət 18:40
Bakıda süni göldə uşaq batıb
57 236 nəfər ali təhsil müəssisələrinə qəbul olunub - DİM
Cəmiyyət 18:28
57 236 nəfər ali təhsil müəssisələrinə qəbul olunub - DİM
“Qarabağ”ın oyununa görə metroda gücləndirilmiş iş rejimi tətbiq olunacaq
Cəmiyyət 18:11
“Qarabağ”ın oyununa görə metroda gücləndirilmiş iş rejimi tətbiq olunacaq
Bu ərazidə su olmayavaq
Cəmiyyət 18:05
Bu ərazidə su olmayavaq
Tələbə kredit fondu yeni qaydalar müəyyən edib
Cəmiyyət 17:52
Tələbə kredit fondu yeni qaydalar müəyyən edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol