• $ 1.7
  • € 1.9654
  • ₽ 0.021656
  • ₺ 0.0432
  • £ 2.3075

Bakıda 10-cu sinif şagirdi gözündən güllələndi – FOTO

 Bakıda 10-cu sinif şagirdi gözündən güllələndi – FOTO
21.01.2018 12:31
Abşeronda məktəbli açılan atəş nəticəsində gözündən yaralanıb.

Report-un verdiyi məlumata görə, hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, Saray qəsəbə sakini 2001-ci il təvəllüdlü, 10-cu sinif şagirdi Xəlil İlqar oğlu Allahquliyev, Cəlil adlı qardaşı ilə birgə dərsdən evə qayıdarkən naməlum istiqamətdən ov tüfəngindən açılan atəş nəticəsində ətrafa səpilən qırmalardan bir neçəsi onun sol göz nahiyəsindən dəyib. Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Məktəbli ailə üzvləri tərəfindən Sumqayıt şəhərində yerləşən Akademik U. Musabəyli adına Oftalmoloji xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, X.Allahquliyev gətirilərkən vəziyyəti ağır olub. Dərhal tibbi müdaxilə edilib. Kəsilmiş cırılmış göz cərrahi əməliyyat olunub. Hüquq mühafizə orqanlarına məlumat verilib. Faktla bağlı araşdırma aparılır.
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanlı oliqarx oğlunun dəbdəbəli həyatı - FOTO
Cəmiyyət 07:14
Azərbaycanlı oliqarx oğlunun dəbdəbəli həyatı - FOTO
Azərbaycanlı oliqarx oğlunun dəbdəbəli həyatı – FOTOLAR
Cəmiyyət 23:44
Azərbaycanlı oliqarx oğlunun dəbdəbəli həyatı – FOTOLAR
Ermənilərin Murovdağdakı mövqelərindən yeni (FOTOLAR)
Cəmiyyət 20:55
Ermənilərin Murovdağdakı mövqelərindən yeni (FOTOLAR)
 Bakıda 10-cu sinif şagirdi gözündən güllələndi – FOTO
Cəmiyyət 12:31
Bakıda 10-cu sinif şagirdi gözündən güllələndi – FOTO
Azərbaycanlı oliqarx qızının dəbdəbəli həyatı - FOTO
Cəmiyyət 21:09
Azərbaycanlı oliqarx qızının dəbdəbəli həyatı - FOTO
Nazim İbrahimovun biznesmen qızı nişanlandı - FOTO
Cəmiyyət 12:52
Nazim İbrahimovun biznesmen qızı nişanlandı - FOTO
 Avtobus dayanacağı, yoxsa qutabxana? - FOTO
Cəmiyyət 14:55
Avtobus dayanacağı, yoxsa qutabxana? - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol