• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Bu işlə məşğul olan trilyonçu olacaq

Bu işlə məşğul olan trilyonçu olacaq
24.04.2018 18:26
Məşhur finans şirkəti "Goldman Sachs" dünyanın ilk trilyonçusunun kosmosda mədənçiliklə məşğul olacağını açıqlayıb.


Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, texnologiyanın inkişafı asteroid mədənçiliyinin inkişafı üçün əlverişli şərait yaradacaq. Günəş sistemində təxminən 1 milyon asteroidin olduğu təxmin edilir. Dünyada mədənçilik üçün hüquqi sistem var və bu qanunlar kosmosdan çıxarılacaq mineralların Yerə gətirilib satılmasını tənzimləyə bilər. 


Kosmosdakı mineralları dünyaya gətirəcək yük gəmisinin 2,6 milyard dollara başa gələcəyi təxmin edilir. 


Hazırda "Deep Space Industries" və "Planetary Recources" şirkətləri bu layihə üzərində çalışır. Hər iki şirkət Lüksemburqla birlikdə bu fikir üzərində işləyir və kosmosda mədənçilik ideyasını reallaşdırmağa can atır. Lüksemburq ötən il kosmos mədənçiliyi qanununu qəbul edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu işlə məşğul olan trilyonçu olacaq
Cəmiyyət 18:26
Bu işlə məşğul olan trilyonçu olacaq
Azərbaycanda zəlzələ
Cəmiyyət 09:34
Azərbaycanda zəlzələ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol