• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021329
  • ₺ 0.0436
  • £ 2.2869

Mübariz Qurbanlı: "Əslində bütün səmavi dinlər..."

Mübariz Qurbanlı: "Əslində bütün səmavi dinlər..."
17.11.2014 17:11

"Təklif edirəm ki, ATƏT hər il ən tolerant şəhər müsabiqəsi keçirsin, bu istiqamətdə araşdırmalar aparsın. Mən əminəm ki, bu araşdırma və müsabiqələrdə Azərbaycan birinci yeri tutacaq".

 

Trend xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı belə bir təkliflə Bakıda "Dini tolerantlığın möhkəmləndirilməsi, Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar" mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edib.

 

Onun sözlərinə görə, bu gün dünyada din amili mühüm rol oynayır: "Əslində bütün səmavi dinlər tolerantlığa, sülhə, dözümlülüyə çağırır. Amma bəzən bundan sui-istifadə edilir. Ona görə bu gün tolerantlığı təşviq etmək ən mühüm çağırışlardan biridir".

 

M.Qurbanlı qeyd edib ki, hazırda dünyanın 30 ölkəsində müxtəlif zəmində müharibə və toqquşmalar davam edir. Onların 12-si dini zəmində baş verir: "Dini tolerantlıq dedikdə bu yalnız dinlərarası yox, dinlər daxili məsələyə də aid edilməldir. Dinlər daxilində radikalizm, ekstremizmlə mübarizə güclənməlidir. Radikalizm təkcə İslam dininə aid edilməməlidir. Bu, özünü xristianlıq, buddizmdə də göstərir".

 

Dövlət Komitəsinin sədri buna dünyanın müxtəlif yerlərində olan münaqişələri nümunə göstərib.

 

Ona görə də, M.Qurbanlının fikrincə, tolerantlıq dünyanın ən alternativ seçimlərindən biridir və harada multikulturalizm varsa, orada tolerantlıq da olmalıdır: "Biz kiçilən dünyada tolerantlığı daha geniş təşviq etməliyik. Digər ölkələrdən fərqli olaraq Azərbaycanda tolerantlıq Azərbaycan vətəndaşları üçün həm də mənəvi öhdəlikdir. Bu, bizdə qanunla tənzimlənsə də, həm də xalqın qan yaddaşındadır, onun tələbatıdır. Baxmayaraq ki, Azərbaycan Ermənistan tərəfindən təcavüzə məruz qalıb, Bakıda erməni kilsəsi qalmaqda davam edir. Azərbaycanda yəhudi ravvinlə müsəlman axund bir yerdə oturub çay içir, müzakirələr aparır".

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Mingəçevirdə katerdə nasazlıq - Turistlər təxliyə olundu
Cəmiyyət 23:00
Mingəçevirdə katerdə nasazlıq - Turistlər təxliyə olundu
Ağstafada 20 yaşlı gənc dəm qazından zəhərlənib
Cəmiyyət 22:42
Ağstafada 20 yaşlı gənc dəm qazından zəhərlənib
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
Cəmiyyət 21:30
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
Zaqatalaya dolu yağıb
Cəmiyyət 20:15
Zaqatalaya dolu yağıb
Yevlaxda traktor aşıb, ölən və yaralanan var
Cəmiyyət 19:51
Yevlaxda traktor aşıb, ölən və yaralanan var
Bakıda yaşayış binası yanır
Cəmiyyət 18:33
Bakıda yaşayış binası yanır
"Səmada görüş" kitabının təqdimatı keçirildi
Cəmiyyət 15:29
"Səmada görüş" kitabının təqdimatı keçirildi
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 14:56
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Sumqayıtda yanğın baş verib - Video
Cəmiyyət 14:10
Sumqayıtda yanğın baş verib - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol