• $ 1.7
  • € 1.9952
  • ₽ 0.021757
  • ₺ 0.0425
  • £ 2.3133

Bakıya nə vaxt qar yağacaq?

Bakıya nə vaxt qar yağacaq?
09.01.2019 17:35
Bakıda və Abşeron yarımadasında qarın yağması, əsasən, yanvarın ikinci və ya üçüncü ongünlüyündə müşahidə edilir.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyininin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda mülayim hava şəraiti hökm sürür:

"Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından bir-iki dəfə yüksəkdir. Gecə saatlarında temperatur üç-dörd, yeddi-doqquz dərəcə təşkil edir ki, bu da yağıntının yağmasına şərait yaradır.

Qarın yağması üçün temperatur aşağı düşməlidir. Hələlik yaxın günlərdə Bakıda və Abşeron yarımadasında qarın yağacağı gözlənilmir”.

Asif Verdiyev bildirib ki, Bakıda və Abşeron yarımadasında qarın yağması, əsasən, yanvarın ikinci və ya üçüncü ongünlüyündə müşahidə edilir:

"Qar yağmasını son illərlə müqayisə etdikdə, 2010-cu ildən yanvarda Bakıda və Abşeron yarımadasında həmişə az da olsa, qar yağıb. Ümumiyyətlə, qeyd edim ki, Bakıda və Abşeron yarımadasında ən soyuq, qarlı hava 2008-ci ildə müşahidə edilib. Həmin dövrdə qarın hündürlüyü 44 santimetr, havanın minimal temperaturu isə 8-7 dərəcə təşkil edib”.

"Hazırda müşahidə olunan mülayim hava şəraiti əvvəllər də müşahidə olunub. Sadəcə olaraq, qarın yağması ikinci ongünlükdən sonra özünü büruzə verib. Hələlik Bakıda və Abşeron yarımadasında qarın yağması gözlənilmir. Belə proqnoz olarsa, əvvəlcədən məlumat veriləcək”. 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Məhərrəm Həsənovun sözlərinə görə, bəzən mart ayında da Bakıda və Abşeron yarımadasında qar yağıb:

"Bu, çox az olub. Hazırda qar yağması ilə bağlı proqnoz vermək çətindir. Olsa da, yanvarın son ongünlüyündə qarın yağma ehtimalı var. Bu, hakim hava kütləsindən asılıdır. Əgər şimaldan gələn hava kütlələri Azərbaycana daxil olarsa, bizdə qar yağma ehtimalı daha çoxdur. İndi ölkəmizdə cənub və cənub-şərq, şimal-qərb hava kütlələri hakimdir. Hazırkı temperatur elədir ki, güclü qar yağma ehtimalı azdır”.

Direktor müavini qeyd edib ki, yağan qarın yerdə qalması üçün torpaq səthinin temperaturu aşağı olmalıdır:

"Bakı və Abşeron yarımadasında torpaq səthində və havanın temperaturu normadan 2-3  dərəcə yüksəkdir. Qar yağsa da, yerdə qalma ehtimalı sıfıra bərabərdir. Yanvarın axırı və fevralın əvvəlində qarın yağması müşahidə oluna bilər”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol