• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Yerli məhsullar düzgün adlandırılırmı? - FOTOLAR

Yerli məhsullar düzgün adlandırılırmı? - FOTOLAR
29.05.2020 07:35
Bakida yerli məhsulların sayı artdıqca ortaya bir sual çıxır - məhsulların adlarının xarici dildə yazılması  nə dərəcə düzgündür? Azərbaycan Respublikası müstəqil dövlət olduğu kimi rəsmi dili də Azərbaycan dilidir. Bəs görəsən  yerli brendlərə məxsus məhsulların adları  hansı dildə yazılmalıdır?

Məsəslə ilə bağlı AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Heydərovun fikrincə, yerli brendlərə məxsus malalrın üstünə xarici dildə yazı yazmaq olar , amma bu, ana dilində yazılandan daha qabarıq olmamalıdır.
 
"İstehsal olunan yerli mallarda xarici dildən istifadə olunmasına icazə var.  Lakin bəzən elə hallara rast gəlinir ki, yerli istehsalçı buraxdığı malın üstünə xarici dildə ifadələri istehlakçını aldatmaq  məqsədi ilə  yazır. Azərbaycanda istehsal olunan məhsulların adları birinci öz dilimizdə,  daha sonra isə başqa xarici dildə yazılmalıdır. Bu başqa dilin məhz əksər hallarda rus dili olması yerli psixalogiya ilə bağlıdır".
 
Ekspertin sözlərini əsas götürüb paytaxt marketlərində kiçik bir monitorinq kecirdik. Bəlli oldu ki , Azərbaycanın yerli brendi olan MPro şirkətinə məxsus "xama"nın adı rusca azərbaycancaya nisbətən  daha qabarıq yazılıb. 


 
 
 
Kəsmik və kərə yağlarının altında isə  məhsulların adları ancaq rus dilində verilib. Onların heç birində biz beynəlxalq dil kimi qəbul edilən ingilis ifadələrinə rast gəlmədik. O cümlədən, dükanlarda adı tək azərbaycan dilində yazılan   və yerli brend istehsalı olan mallar da gözə dəymədi.



Ekspertlərin fikrincə, Azərbaycan tolerant ölkə olduğundan ölkəmizdə dünya xalqlarının bir çox nümayəndələri yaşayır, o cümlədən gələn turistlərin də sayı artmaqdadır.  Amma bu fakt bizə yetəri qədər səbəb vermir ki, başqa dilə ehtiyac duyaq. Təəssüf ki, köhnə  "məcburi” qəbul etdirilmiş əsarət psixalogiyamiz hələ də qalmaqdadir.
 
Fatimə Abdullayeva

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak edəcəkmi?
Cəmiyyət 12:33
Müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak edəcəkmi?
Azərbaycan Cənubi Qafqazda IQ səviyyəsinə görə sonuncu yerdədir
Cəmiyyət 12:03
Azərbaycan Cənubi Qafqazda IQ səviyyəsinə görə sonuncu yerdədir
Rüfət Səfərovun həbsinin ailəsi ilə əlaqəsi yoxdur - Hüquq müdafiəçisinin anası
Cəmiyyət 16:21
Rüfət Səfərovun həbsinin ailəsi ilə əlaqəsi yoxdur - Hüquq müdafiəçisinin anası
“Tərtər işi” üzrə təqsirləndirilənlərin cəzası azaldılıb
Cəmiyyət 18:24
“Tərtər işi” üzrə təqsirləndirilənlərin cəzası azaldılıb
PMI gəlirinin 38%-ni tüstüsüz məhsullardan əldə edir
Cəmiyyət 14:28
PMI gəlirinin 38%-ni tüstüsüz məhsullardan əldə edir
“Exit poll” nəticələri açıqlayıb - SİYAHI
Cəmiyyət 20:46
“Exit poll” nəticələri açıqlayıb - SİYAHI
Seçkilərə gedən
Cəmiyyət 16:47
Seçkilərə gedən "Musavat" partiyasının qazandıqları - MÜSAHİBƏ/VIDEO
Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər
Cəmiyyət 14:28
Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol