• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Zirəddin Rzayev Filipp Kirkorovdan "hamilə" qalan qadın haqda: Öldürülməyib...

Zirəddin Rzayev Filipp Kirkorovdan
12.03.2019 20:50
Məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev Rusiyanın xalq artisti Filipp Kirkorovdan üçüzə hamilə olduğunu iddia edən və doğuş üçün ondan 200 min dollar tələb edən 53 yaşlı moskvalı Svetlana Safiyevanın ölümünün üstünü açıb.

Ekstrasens qadının ölümü ilə bağlı öz versiyasını "Rossiya 1" telekanalında yayımlanan "Andrey Malaxov. Birbaşa efir" verlişinin efirində səsləndirib.

Anews.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, verilişin həmin buraxılışı kanalın Youtube sosial şəbəkəsindəki rəsmi saytında yerləşdirilib. Rzayev hətta Safiyevanın qəbrini də ziyarət edib.

"Onu heç kəs öldürməyib. O, insultdan ölüb. Amma Safiyeva ölməli deyildi. Əgər sağlamlığının qayğısına qalsaydı, yaşayacaqdı" - deyə Rzayev bildirib.

Xatırladaq ki, 2018-ci ilin noyabrında Svetlana Safiyeva Andrey Malaxovun verlişində bəyan etmişdi ki, üçəmə hamilədir və onun uşaqlarının atası Filipp Kirkorovdur. Qadın Rusiya estradasının kralından doğuş üçün 200 min dollar pul tələb edib. Amma sonra məlum olub ki, onun hamiləliyi yalandır. USM zamanı qadının qarnındakının üçəm yox, bol miqdarda toplanmış qarın piyi olduğu müəyyən edilib.

Zirəddin Rzayev azərbaycanlı ekstrasens, öncəgörən, "Bitva ekstrasensov" (Ekstrasenslərin döyüşü) şousunun 6-cı mövsümünün finalçısıdır. İxtisasca həkimdir. Hazırda Moskvada yaşayır və işləyir. Rusiya telekanallarındakı müxtəlif verilişlərdə iştirak edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kəlbəcərdə partlayış olub, xəsarət alanlar var
Cəmiyyət 22:50
Kəlbəcərdə partlayış olub, xəsarət alanlar var
BMT: Qəzzada Nasser xəstəxanasına hücumda 20 nəfər, o cümlədən 5 jurnalist öldürülüb
Cəmiyyət 22:34
BMT: Qəzzada Nasser xəstəxanasına hücumda 20 nəfər, o cümlədən 5 jurnalist öldürülüb
Cəlilabadda 5 avtomobil toqquşub - Xəsarət alanlar var
Cəmiyyət 20:00
Cəlilabadda 5 avtomobil toqquşub - Xəsarət alanlar var
Təcili tibbi yardım avtomobilində bir gündə 3 körpə doğulub
Cəmiyyət 19:19
Təcili tibbi yardım avtomobilində bir gündə 3 körpə doğulub
Bakının bu rayonunda qaz kəsiləcək
Cəmiyyət 19:13
Bakının bu rayonunda qaz kəsiləcək
Bakıda süni göldə uşaq batıb
Cəmiyyət 18:40
Bakıda süni göldə uşaq batıb
57 236 nəfər ali təhsil müəssisələrinə qəbul olunub - DİM
Cəmiyyət 18:28
57 236 nəfər ali təhsil müəssisələrinə qəbul olunub - DİM
“Qarabağ”ın oyununa görə metroda gücləndirilmiş iş rejimi tətbiq olunacaq
Cəmiyyət 18:11
“Qarabağ”ın oyununa görə metroda gücləndirilmiş iş rejimi tətbiq olunacaq
Bu ərazidə su olmayavaq
Cəmiyyət 18:05
Bu ərazidə su olmayavaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol