• $ 1.7
  • € 1.9857
  • ₽ 0.021172
  • ₺ 0.0395
  • £ 2.2883

Batdı deyilən Rəsulzadə gəmisi ilə bağlı son açıqlama – “Batmır!...”

Batdı deyilən Rəsulzadə gəmisi ilə bağlı son açıqlama – “Batmır!...”
28.05.2020 19:49
Ötən gecə saat 22:25 radələrində göyərtəsində 14 heyət üzvü olan və ilk səfərinə çıxmağa hazırlaşan flotiliyamızın yeni gəmisi "MAMMAD AMİN RASULZADE” İstanbulun Dəmir bölgəsində "Doric Warrior” gəmisi tərəfindən vurulub. 


Anews.az xəbər verir ki, bu açıqlama ilə Palmali Holdinqin mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva çıxış edib. O, bildirib ki, "MAMMAD AMİN RASULZADE” gəmisinin uzunluğu 129 metr olduğu halda toqquşmaya səbəb olmuş "Doric Warrior” gəmisinin uzunluğu 230 metrdir. 


Bölgəyə Sahil Təhlükəsizliyi Baş İdarəsinin 3 xilasedici gəmisi cəlb edilib. Xoşbəxtlikdən xəsarət alan yoxdur, lakin toqquşma nəticəsində gəmiyə zərər dəyib. Bir gəminin dayandığı halda başqa gəmi tərəfindən vurulması 1/1000 ehtimal olunan hadisə sayılır. Toqquşmanın səbəbləri ciddi araşdırılır. 


"Palmali” şirkətinin rəhbərliyi hadisə yerindədir. Gəmi limanda ilk səfərini həyata keçirmək ücün gözləyirdi.


Maraqlıdır ki, hadisə baş verəndən dərhal sonra bu xəbər bəzi qüvvələr tərəfindən bütün saytlara ötürülüb. Özünü Türkiyə mediyası adlandıran, əslində isə Azərbaycan KİV-lərinin istinad etməsi ücün maliyyələşən saytlar bu insidenti baş xəbər edir. 


Təbii ki,  media qurumları "Palmali” şirkətinin mövqeyini öyrənmədən, hadisə zamanı ölən yaxud yaralanların olub-olmadığını soruşmadan xəbəri yayırlar. Bir daha xatırladırıq ki, "MAMMAD AMİN RASULZADE” gəmisinin göyərtəsində 14 nəfərdən ibarət heyət olub. 


Digər tərəfdən, yazırlar ki,  gəmi köhnədir, yüklüdür. Bir daha bəyan edirik: "Toqquşma hadisəsi ilə gəminin köhnə və ya təzə olmasının, yaxud yüklü-yüksüz olmasının heç bir əlaqəsi yoxdur!” Üstəlik, özlərindən uydururlar ki, guya gəmi batır. Gəmimiz dayandığı yerdə başqa gəmi tərəfindən vurulsa da, yenə də yazırlar ki, gəmi köhnədir və batır. 


Vurğulayırıq: "MAMMAD AMİN RASULZADE” gəmisi batmır! Gəmimizi batıra bilmədiz və heç vaxt bunu bacarmayacaqsınız. "Palmali”nin gəmisini batırmaq düşündüyünüz qədər də asan iş deyil!



Qeyd edək ki, 6 avqust 2019-cu il tarixdə "MAMMAD AMİN RASULZADE” gəmisinin ilk səfərə çıxması münasibəti ilə təntənəli mərasim keçirilmişdi. Tədbirdə yüksək vəzifəli şəxslər, tanınmış alimlər, Azərbaycandan dəvət olunmuş jurnalistlər, QHT rəhbərləri, o cümlədən dahi lider Məmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə iştirak edib. Mərasimdə gəmiyə "MAMMAD AMİN RASULZADE” adının verilməsi və bu ad altında yeni gəminin Azərbaycanı bütün dünyada təbliğ edəcəyi xüsusi vurğulanaraq mühüm tarixi hadisə adlandırılmışdı.
 
(bakupost)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 14:12
Ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıb
Təhsil sənədləri “mygov” üzərindən təqdim olunacaq
Cəmiyyət 13:00
Təhsil sənədləri “mygov” üzərindən təqdim olunacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:57
Sabahın hava proqnozu
Arzu və Alena Əliyevalar Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsini ziyarət ediblər
Cəmiyyət 12:00
Arzu və Alena Əliyevalar Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsini ziyarət ediblər
Dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA
Cəmiyyət 11:28
Dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA
Tərtərdə ana və oğul dəm qazından zəhərlənib, ölən var
Cəmiyyət 10:00
Tərtərdə ana və oğul dəm qazından zəhərlənib, ölən var
Balakəndə çaydan qanunsuz qum-çınqıl daşıyanlar məsuliyyətə cəlb olunub
Cəmiyyət 09:14
Balakəndə çaydan qanunsuz qum-çınqıl daşıyanlar məsuliyyətə cəlb olunub
Abşeron rayonunun bir sıra ərazilərində işıq olmayacaq
Cəmiyyət 08:58
Abşeron rayonunun bir sıra ərazilərində işıq olmayacaq
Gədəbəydə qəza olub, ölən və yaralanan var
Cəmiyyət 21:55
Gədəbəydə qəza olub, ölən və yaralanan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol