• $ 1.7
  • € 1.9274
  • ₽ 0.020529
  • ₺ 0.0441
  • £ 2.2603

“Maserati” ilə qızı vurub öldürdüyü deyilən sürücü DANIŞDI: "Qəzanı bu maşın törədib..." -VİDEO

“Maserati” ilə qızı vurub öldürdüyü deyilən sürücü DANIŞDI:
18.09.2019 12:47
Bakının Nəsimi rayonunda  "Maserati” ilə 25 yaşlı qızı vurub öldürdüyü iddia edilən sürücü Elvin Qasımzadə danışıb.
 
Anews.az xəbər verir ki, bu barədə Elvin Qasımzadə Unikal.org-a açıqlamasında bildirib ki, haqqında yayılan məlumat yalandır: "Mən hadisə baş verən yerdə olmuşam. Avtomobillə vurulan yaralı bir xanıma kömək etmişəm. Orada olan heç bir şəxsin eləmədiyini etmişəm. Həmin qızı öz maşınıma qoyub, xəstəxanaya çatdırmışam. Onu xəstəxanaya necə çatdırmağımı da bir Allah bilir”.

Elvin Qasımzadə bildirib ki, hadisəni eşidən bütün yaxınlar narahat olublar: "Dünəndən telefon zənglərim dayanmır. Haqqımda bilmədən yazanlar, paylaşanlar da şərəfsiz insanlardır”.

O açıqlamasında hadisəni törədən şəxsin avtomobil nömrəsini də açıqlayıb: "Hadisə Dədə Qorqun parkının yaxınlığında işıqforda baş verib: "Mən avtomobillə hərəkət edərkən işıqforun qırmızı işığı yandı. Bu zaman mən saxlasamda qarşımda olan 10-GN-002 dövlət qeydiyat nişanlı "Volkswagen Passat” markalı avtomobil 1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızını vurdu. Bundan sonra mən qızı ağır vəziyətdə götürərək xəstəxanaya çatdırmışam. Hadisə ilə bağlı hazırda Nəsimi rayon Dövlət Yol Polisinə dəvət olunmuşam”.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazidə elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 23:28
Bu ərazidə elektrik enerjisinin verilişində fasilə yaranacaq
Sabah bu rayonda qaz olmayacaq
Cəmiyyət 20:58
Sabah bu rayonda qaz olmayacaq
Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüşüb
Cəmiyyət 20:04
Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüşüb
MEDİA Agentliyində Özbəkistan nümayəndələri ilə görüş keçirilib
Cəmiyyət 19:20
MEDİA Agentliyində Özbəkistan nümayəndələri ilə görüş keçirilib
Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı ölkəsinə təhvil verilib
Cəmiyyət 18:30
Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı ölkəsinə təhvil verilib
Bakıda yaşayış binasındakı yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 18:27
Bakıda yaşayış binasındakı yanğın söndürülüb - Yenilənib
"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir
Cəmiyyət 16:40
"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir
Azərbaycanda astma xəstələrinin sayı açıqlanıb
Cəmiyyət 15:50
Azərbaycanda astma xəstələrinin sayı açıqlanıb
Türkmənistandan idxal edilən pomidora qadağa qoyulub
Cəmiyyət 15:25
Türkmənistandan idxal edilən pomidora qadağa qoyulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol