• $ 1.7
  • € 1.9274
  • ₽ 0.020529
  • ₺ 0.0441
  • £ 2.2603

Rektor idarə rəisinə vəzifə verdi

Rektor idarə rəisinə vəzifə verdi
19.09.2019 17:11
Bakı Dövlət Universitetinin (BDU) rektorunun daha bir müşaviri işdən çıxarılıb.


Anews.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı rektor Elçin Babayev müvafiq əmr imzalayıb.


Əmrə əsasən, BDU rektorunun Maliyyə məsələləri üzrə müşaviri Məzahir Sultanov tutduğu vəzifədən azad edilib. E.Babayevin digər əmri ilə bu vəzifəyə Mirzə Mirzəyev təyin olunub.


M.Mirzəyev bu təyinata qədər Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin Suraxanı rayonundakı 11 saylı idarəsinin rəisi vəzifəsində çalışıb.


Qeyd edək ki, bu ilin may ayında BDU rektorunun strateji inkişaf və əlaqələr üzrə müşaviri vəzifəsi yaradılıb. Həmin vəzifə Əli Nağıyevə tapşırılıb. Həmçinin E.Babayevin əmri ilə ali məktəbdə iki yeni müşavirlik - Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşavir və Ümumi məsələlər üzrə müşaviri vəzifələri təsis olunub. Əliş Çoban oğlu Ağamirzəyev Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşavir, Fikrət Heydər oğlu Heydərov isə Ümumi məsələlər üzrə müşavir təyin edilib.


BDU rektorunun elm və təhsil üzrə müşaviri vəzifəsi isə boşdur.


Xatırladaq ki, Prezident İlham Əliyevin 2018-ci ilin noyabrın 15-də imzaladığı sərəncamla akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Dövlət başçısının martın 11-də imzaladığı sərəncama əsasən, Elçin Babayev universitetin rektoru təyin olunub. E.Babayev bu təyinata qədər Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru olub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazidə elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 23:28
Bu ərazidə elektrik enerjisinin verilişində fasilə yaranacaq
Sabah bu rayonda qaz olmayacaq
Cəmiyyət 20:58
Sabah bu rayonda qaz olmayacaq
Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüşüb
Cəmiyyət 20:04
Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüşüb
MEDİA Agentliyində Özbəkistan nümayəndələri ilə görüş keçirilib
Cəmiyyət 19:20
MEDİA Agentliyində Özbəkistan nümayəndələri ilə görüş keçirilib
Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı ölkəsinə təhvil verilib
Cəmiyyət 18:30
Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı ölkəsinə təhvil verilib
Bakıda yaşayış binasındakı yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 18:27
Bakıda yaşayış binasındakı yanğın söndürülüb - Yenilənib
"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir
Cəmiyyət 16:40
"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir
Azərbaycanda astma xəstələrinin sayı açıqlanıb
Cəmiyyət 15:50
Azərbaycanda astma xəstələrinin sayı açıqlanıb
Türkmənistandan idxal edilən pomidora qadağa qoyulub
Cəmiyyət 15:25
Türkmənistandan idxal edilən pomidora qadağa qoyulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol