• $ 1.7
  • € 1.9122
  • ₽ 0.02128
  • ₺ 0.0435
  • £ 2.2849

“QUSKA”nın vəkillərindən bəraət tələbi:“Həbsxana içində həbsxana yaradıblar”

“QUSKA”nın vəkillərindən bəraət tələbi:“Həbsxana içində həbsxana yaradıblar”
24.09.2019 18:24
Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.



Bakupost.az-ın məlumatına görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Hüseyn Abdullayevin vəkili Elnur Vəliyev çıxış edib.



O, bildirib ki, müvəkkilinə verilən ittihamlar məhkəmə istintaqı dövründə sübuta yetirilməyib:

"İstintaq dövründə işdə olan sübutlar saxtalaşdırılıb. Belə ki, Hüseyn Abdullayevə təqsirləndirilən şəxs Pərviz Kazımovun "eşitmişəm” sözünə görə ittiham verilib. Müvəkkilim 2001-ci ildən bəri qara metallurgiya biznesi ilə məşğul olmayıb. Daha sonra Hüseyn Abdullayev ölkədən çıxıb gedib. Onun şirkətlərin idarəçiliyi özünə aid olmayıb. Müvəkkilim barəsində daha bir ittiham verilib ki, Azərbaycanda qazandığı pulları ölkədən çıxardaraq xarici ölkə banklarına yerləşdirilib. Halbuki, bunu sübut edən hər hansı bir sənəd, hər hansı bir sübut yoxdur. Lakin istintaq onun barəsində leqallaşdırma ilə bağlı ittiham verib”.



Vəkil həmçinin müdafiə etdiyi şəxsin zərərçəkmiş şəxs qismində tanınan Elnur Məmmədova hədə-qorxu gəlməyib: "Məhkəmə istintaqı dövründə istər zərərçəkmişinin, istərsə də həmin epizod üzrə şahidlərin ifadəsindən məlum oldu ki, Hüseyn Abdullayev E. Məmmədova hədə-qorxu gəlməyib.


Sərhədi qanunsuz keçmə ilə bağlı müdafiə etdiyim şəxsə verilən ittihamın əsası yoxdur. Çünki Zeynəb Abdullayevanın ölkə sərhədini keçməsi ilə bağlı Hüseyn Abdullayev kimləsə əlaqəyə girməyib. Dövlət Sərhəd Xidmətinin əməkdaşları da burada bildirdilər ki, Hüseyn Abdullayevi görməyiblər, telefonla danışmayıblar”.



Elnur Vəliyev məhkəmə tərəfindən Hüseyn Abdullayev barəsində bəraət hökmünün çıxarılmasını və ona qarşı qaldırılan mülki iddiaların təmin olunmamasını tələb edib.



Proses sentyabrın 26-da davam etdiriləcək.


Xatırladaq ki, prokuror ötən proses çıxış edərək Hüseyn Abdullayevin keçmiş cəzasını toplamaqla 8 il, Namiq Babayevin 8 il, İntiqam Süleymanovun 6 il, Nazim Əliyevin 6 il azadlıqdan məhrum edilməsini istəyib.



Prokuror keçmiş DSX əməkdaşları- Zaur Quliyev, Pərviz Kazımov, Həbib İbrahimov və Xalid Əliyevə 4 il sınaq müddəti seçilməklə şərti cəza istəyib.



Dövlət ittihamçısı H.Abdullayevin anası Zeynəb Abdullayevin 5 min manat cərimələnməsi istəyib.



Qeyd edək ki, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə H.Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi "Araz-İnşaat” ASC-də onun tapşırığına əsasən, müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq İsmixan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək, ümumilikdə, 1 milyon 374 min manat məbləğində gəlirlərin Cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq edib. Təqsirləndirilən şəxslərdən bəziləri Dövlət Sərhəd Xidmətinin əməkdaşlarıdır. Bu səbəbdən cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib. İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınır.



Xatırladaq ki, iş üzrə təqsirləndirilən Z.Abdullayeva, H.İbrahimov, Z.Quliyev və P.Kazımov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Binəqədi rayonunda quru otluq sahədə yanğın baş verib - Video
Cəmiyyət 22:09
Binəqədi rayonunda quru otluq sahədə yanğın baş verib - Video
Füzuli Hüseynova töhmət verilib
Cəmiyyət 22:00
Füzuli Hüseynova töhmət verilib
Aprelin 20-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub
Cəmiyyət 21:55
Aprelin 20-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub
Tərtər sakini Ağdərədə minaya düşüb - Yenilənib
Cəmiyyət 20:26
Tərtər sakini Ağdərədə minaya düşüb - Yenilənib
Bakıda daha 3 narkokuryer saxlanılıb - Video
Cəmiyyət 19:17
Bakıda daha 3 narkokuryer saxlanılıb - Video
Təyyarədə tütün çəkməyə görə cərimə 5 dəfə artırılıb
Cəmiyyət 18:53
Təyyarədə tütün çəkməyə görə cərimə 5 dəfə artırılıb
Biləsuvarda yol qəzası olub,xəsarət alanlar var
Cəmiyyət 18:20
Biləsuvarda yol qəzası olub,xəsarət alanlar var
Fətəli xan Xoyski küçəsində 4 hərəkət zolağı olacaq
Cəmiyyət 18:05
Fətəli xan Xoyski küçəsində 4 hərəkət zolağı olacaq
Azərbaycanda icra olunmayan 1 milyon 200 min qərar var - Zahid Oruc
Cəmiyyət 17:27
Azərbaycanda icra olunmayan 1 milyon 200 min qərar var - Zahid Oruc
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol