• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

ÜST nümayəndəsi: "Azərbaycanda ana ölümləri ilə bağlı rəqəmlər yüksəkdir"

ÜST nümayəndəsi:
30.10.2019 21:30
"Azərbaycanda körpələrin ilk 6 ayda ana südü ilə qidalandırılması 12-14 faizdir. Bu, olduqca aşağı rəqəmdir və bununla bağlı ciddi tədbirlər görülməlidir".

APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı "İlkin səhiyyə xidmətləri və qeyri-yoluxucu xəstəliklərlə mübarizədə potensialın artırılması" mövzusunda seminarda deyib.

Onun sözlərinə görə, körpələrin ana südü ilə qidalandırılması faizinin artmasına yönəlik addımlar atılmalıdır: "Azərbaycan iqtisadi inkişaf baxımından orta və yüksək səviyyəli ölkələr sırasındadır. İnkişaf edən ölkələrdə körpə ölümlərinin əmsalı hər 1000 diri doğulana 9-10 səviyyəsindədirsə, Azərbaycanda bu göstərici 19-dur. Ana ölümlərində də rəqəmlər iqtisadi baxımdan eyni səviyyədə olan ölkələrlə müqayisədə yuxarıdır. Azərbaycanın iqtisadi səviyyəsi yüksəkdir. Əgər problemlərin səbəbləri bilinsə, onun qarşısı alına bilər. Əgər bir ana qarşısı alına bilinən qanaxmadan ölürsə, bu, ciddi problemdir. Hər bir ölkədə, o cümlədən, Azərbaycanda da ana ölümlərini araşdıran qurumlar var. Lakin vəziyyəti yaxşılaşdırmaq üçün daha çox işlər görülməlidir". H.Harmancı əlavə edib ki, 2007-2014- cü illərdə ana ölümləri 100000 diri doğuşa görə 35.5 faizdən 14.6 faizə düşüb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Belarus vətəbdaşları Azərbaycana təxliyə olunub
Cəmiyyət 20:56
Belarus vətəbdaşları Azərbaycana təxliyə olunub
Plastik əməliyyatda ölən pasientin yaxınları şikayətçidir - Növbəti ölüm/YENİLƏNİB
Cəmiyyət 19:14
Plastik əməliyyatda ölən pasientin yaxınları şikayətçidir - Növbəti ölüm/YENİLƏNİB
AZAL və “Özbəkistan Hava Yolları" yeni kod-şerinq müqaviləsi imzalayıb
Cəmiyyət 17:17
AZAL və “Özbəkistan Hava Yolları" yeni kod-şerinq müqaviləsi imzalayıb
4 yaşlı uşaq yıxılaraq ölüb
Cəmiyyət 16:45
4 yaşlı uşaq yıxılaraq ölüb
Ərdoğanla Putin İsrail-İran qarşıdurmasını müzakirə edib
Cəmiyyət 15:40
Ərdoğanla Putin İsrail-İran qarşıdurmasını müzakirə edib
AZAL bəzi uçuşları ayın sonuna kimi ləğv edib
Cəmiyyət 15:07
AZAL bəzi uçuşları ayın sonuna kimi ləğv edib
Sabah Saatlının 3 kəndində qaz olmayacaq
Cəmiyyət 14:51
Sabah Saatlının 3 kəndində qaz olmayacaq
Saatlıda pambıqçılıq üzrə beynəlxalq forum keçiriləcək
Cəmiyyət 14:29
Saatlıda pambıqçılıq üzrə beynəlxalq forum keçiriləcək
Lənkəranda 18 kiloqram narkotik aşkarlanıb
Cəmiyyət 13:50
Lənkəranda 18 kiloqram narkotik aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol