• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Yunanıstanda iki azərbaycanlı həbsxanaya salınıb

Yunanıstanda iki azərbaycanlı həbsxanaya salınıb
29.05.2020 05:51
Nefçala rayonunun Bankə qəsəbəsindən Ağayev Rauf Tofiq oğlu və Salyan rayonunun Qızılağac kəndindən Mikayılov Əbülfəz Adışirin oğlu bir neçə ay bundan qabaq Türkiyəyə işləməyə gediblər. Azərbaycan vətəndaşlarına İtalyada işləmək təklif edilib. Əmək haqqının yüksək olduğu vəd edilib. Bu zaman hər iki azərbaycanlı gəmi ilə gizli formada İtaliyaya keçmək istəyib. Ancaq Yunanıstanda tutulublar. Hazırda 3 aydır ki, həbsdədirlər.

Hər iki soydaşımızın ailəsi modern.az-a narahat olduqlarını bildiriblər. Saytın əməkdaşı məsələ ilə bağlı Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb.
Nazirliyin mətbuat katibi Leyla Abdullayeva bildirib ki, Azərbaycanın Yunanıstandakı səfirliyi məsələni nəzarətdə saxlayır: "Azərbaycan vətəndaşları Mikayılov Əbülfəz Adışirin oğlu və Ağayev Rauf Tofiq oğlu insan alveri, özgə həyatını təhlükəyə məruz qoymaq və dövlət sərhədlərini qanunsuz keçməkdə ittiham olunaraq Yunanıstanın Nafplio şəhər həbsxanasında saxlanılırlar. Qeyd etmək istərdik ki, sözügedən şəxslər qanunsuz miqrantları daşıyan gəmi ilə Türkiyənin Bodrum şəhərindən İtaliyanın Katanya şəhərinə yola çıxıblar. Ölkəmizin Yunanıstandakı səfirliyi məsələni nəzarətdə saxlayır, saxlanan azərbaycanlı şəxslərlə görüş keçirilib”.

XİN rəsmisi bildirib ki, vətəndaşlarımıza hüquqi yardım göstərilir: "Onlar saxlanma şəraitlərindən şikayətlənməyib və hər hansı zorakılıqla üzləşmədiklərini bildiriblər. Saxlanılan vətəndaşlarımıza Yunanıstan Respublikasının qanunlarına uyğun olaraq hüquqi yardım göstərilir”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qaradağda zəncirvari qəza tıxaca səbəb olub
Cəmiyyət 22:36
Qaradağda zəncirvari qəza tıxaca səbəb olub
Binə TM-də elektrik dirəyi aşıb
Cəmiyyət 21:37
Binə TM-də elektrik dirəyi aşıb
Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib
Cəmiyyət 20:04
Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 19:11
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Pənah Hüseyn istefa verib
Cəmiyyət 18:10
Pənah Hüseyn istefa verib
Qusarda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Cəmiyyət 17:50
Qusarda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Cəmiyyət 17:30
DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 17:15
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 13:36
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol