• $ 1.7
  • € 1.9767
  • ₽ 0.021982
  • ₺ 0.0399
  • £ 2.2619

Azərbaycanda canavarların sayı açıqlanıb

Azərbaycanda canavarların sayı açıqlanıb
29.05.2020 05:49
"Payız və qış fəslində canavar və digər yırtıcı heyvanların kəndlərə hücumu artır. Bunun səbəbi heyvanların yem bazasının azalması, qida ilə bağlı axtarışa çıxmağa və daha çox qida əldə etməyə çalışmasıdır".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadə keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu, heç də canavarların sayının çox olması ilə əlaqəli deyil: "AMEA-nın Zoologiya İnsitutundan aldığımız məlumata görə, ölkədə canavarların sayı 2000 baş həddindədir. Bu da ümumi qəbul edilmiş dinamikadan çox da fərqli deyil. Canavarların heyvanlara hücum etməsinin digər səbəbi yaşayış məntəqələrinin sayının artması və evlərinin yırtıcı heyvanların yaşayış arealına girişi ilə əlaqədardır".

H.Əlizadə qeyd edib ki, az ölkələrdə meşələrdə canavarların yemlənməsi üçün meşələrə yem qoyulma halları olur: "Canavar 40-60 km yolu miqrasiya edə bilər. Onun yolunu bilmək çətindir. Ona görə də onlar üçün meşələrə yem qoymağı effektiv üsul saymıram. Əsas odur ki, insanlar daha məsuliyyətli olmalıdır".
"Dünyada çox az sayda ölkələr, o cümlədən Azərbaycan kənd təsərrüfatı heyvanlarını saxlamaq qaydalarına riayət etmir. Heyvanları açıb buraxırıq, sonra da belə hallar olur. Araşdırdıq ki, fermerlər toya gedib, qoyunları açıq ərazidə qoyub və heyvan yiyəsiz qalıb. Heyvanları qorumaq üçün elektrik çəpərinin çəkilməsindən istifadə oluna bilər. Canavarların sayı təhlükəli həddə çatsa, dövlət tərəfindən onun tənzimlınməsi məsələsinə müdaxilə oluna bilər" - deyə nazirlik rəsmisi əlavə edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əhalinin sayı açıqlanıb
Cəmiyyət 13:24
Əhalinin sayı açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:57
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan-Ermənistan neft ticarəti üzrə ilkin əməkdaşlıq imkanları müzakirə olunub
Siyasət 12:45
Azərbaycan-Ermənistan neft ticarəti üzrə ilkin əməkdaşlıq imkanları müzakirə olunub
Azərsun Holdinq”in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət edib
Cəmiyyət 12:32
Azərsun Holdinq”in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 11:26
Faktiki hava açıqlanıb
Türkiyənin tarixi şəhəri İzmir - Fotolar
Cəmiyyət 11:11
Türkiyənin tarixi şəhəri İzmir - Fotolar
Prezident və ailəsi Heydər Əliyevin məzarını ziyarət edib
Cəmiyyət 10:46
Prezident və ailəsi Heydər Əliyevin məzarını ziyarət edib
Ötən gün 43 cinayətin üstü açılıb
Cəmiyyət 10:31
Ötən gün 43 cinayətin üstü açılıb
Bakının bir sıra ərazilərində qaz verilişi dayandırılacaq
Cəmiyyət 10:08
Bakının bir sıra ərazilərində qaz verilişi dayandırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol