• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Azərbaycanda bu şəxslər adam öldürsələr də, həbs edilmir -SƏBƏB

Azərbaycanda bu şəxslər adam öldürsələr də, həbs edilmir -SƏBƏB
08.11.2019 21:56
Bir müddət öncə Bakının Nəsimi rayonunda silsilə oğurluqlar edən ruhi xəstə saxlanılıb. Sentyabrın sonlarında Bilgəhdə yaşlı ruhi xəstə qohumunu öldürdükdən sonra evinin yaxınlığında olan transformatora daxil olaraq intihar edib. Belə hadisələrə görə kimsə məsuliyyət daşıyırmı? Ruhi xəstələr hər hansı cinayət məsuliyyətinə cəlb oluna bilərmi?

Keçmiş inspektor-təhqiqatçı, polis baş leytnantı Amil Nəbiyev Lent.az -a açıqlamasında ruhi xəstələrin heç bir cinayət məsuliyyətinə cəlb edilmədiyini bildirib:

"Ruhi xəstələr hər hansı cinayət tərkibli əməl törətdikdə həbs oluna bilməzlər. Xəstəxanaya yerləşdirilməlidirlər. Təkrar olaraq hansısa cinayət xarakterli əməl törətsə, anlaqsız hesab olunaraq yenə tutulub xəstəxanaya təhvil verilir”.

"Müvəkkil” hüquq mərkəzinin rəhbəri Səməd Vəkilov da ruhi xəstənin cinayət məsuliyyətinə cəlb olunmadığını, vurduğu ziyanın qəyyum tərəfindən ödənilməli olduğunu bildirib:

"Ruhi xəstələr cinayət məsuliyyətinə yalnız o vaxt cəlb olunmur ki, onun fəaliyyət qabiliyyəti olmaması məhkəmədətəsdiq olunsun. Ancaq şəxsin fəaliyyət qabiliyyətli olmaması məhkəmədə təsdiq olunduqdan sonra məcburi şəkildə qəyyumluğun himayəsinə verilir. Buna görə də onun cinayət törədərkən vurduğu zərərə görə qəyyumu məsuliyyət daşıyır. Cinayət qanunvericiliyində göstərilir ki, ruhi xəstənin vurduğu ziyanı onun qəyyumu ödəməlidir. Ancaq ruhi xəstə kimisə öldürsə, qəyyum məsuliyyət daşımır. Çünki cinayəti törədən şəxs anlaqsızdır və onun əməli məhkəmədə təsdiqləndikdən sonra xəstəxanaya müalicəyə göndərilir”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - Video
Cəmiyyət 15:10
Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - Video
Bakıda ağacı avtobusun üzərinə aşırdı - Video
Cəmiyyət 14:15
Bakıda ağacı avtobusun üzərinə aşırdı - Video
Qazaxda minik avtomobili aşıb, ölən var
Cəmiyyət 13:39
Qazaxda minik avtomobili aşıb, ölən var
Yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək - Sabahın havası
Cəmiyyət 12:33
Yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək - Sabahın havası
Laçında yük maşını dərəyə aşıb
Cəmiyyət 10:49
Laçında yük maşını dərəyə aşıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Kürdəmir sakinini qatar vuraraq öldürüb
Cəmiyyət 09:52
Kürdəmir sakinini qatar vuraraq öldürüb
Binəqədidə sexdə yanğın olub
Cəmiyyət 09:29
Binəqədidə sexdə yanğın olub
Binəqədidə sexdə yanğın olub
Cəmiyyət 09:29
Binəqədidə sexdə yanğın olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol