• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02187
  • ₺ 0.0393
  • £ 2.2844

İranda aksiyalarda 200 nəfər ölüb!

İranda aksiyalarda 200 nəfər ölüb!
20.11.2019 14:50
Beynəlxalq Amnesty International hüquq-mudafiə təşkilatının açıqladığı məlumatda İranda noyabrın 15-dən başlayan etirazlarda 106 nəfərin öldürüldüyünü bildirib.

Unikal.org xəbər verir ki, təşkilatının əldə etdiyi etibarlı məlumatlara görə, 21 şəhərdə ən az 106 etirazçı öldürülüb. Amnesty International hesab edir ki, ölənlərin sayı bundan daha çox ola bilər və bəzi məlumatlara görə 200 nəfərin öldüyü ehtimal olunur.

İnsan haqları təşkilatının verdiyi məlumata görə, video görüntülər, şahidlərin ifadələri, habelə xaricdəki hüquq müdafiəçiləri tərəfindən toplanan məlumatlar İran təhlükəsizlik qüvvələrinin etirazçıları dağıtmaq üçün odlu silahlardan, su şırnağından və gözyaşardıcı qazdan istifadə etdiyini və nümayişçiləri dəyənəklərlə döydüyünü göstərir.

İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbbi bəyan edib ki, ölkəsi haqqında yayılan yalan məlumatlara baxmayaraq, ölkədə həyat normal məcraya dönüb.
Onun sözlərinə görə Qərb mətbuatının kütləvi etirazların davam etməsi və polislə qarşıdurmada ölənlərin sayının artması haqqındakı xəbərləri həqiqəti əks etdirmir. Artıq Tehranda və digər böyük şəhərlərdə ictimai-siyasi sabitlik bərpa olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Goranboyda iki qadın kimyəvi maddədən zəhərlənib
Cəmiyyət 18:30
Goranboyda iki qadın kimyəvi maddədən zəhərlənib
Suraxanıda avtoxuliqanlıq edən sürücü həbs edilib
Cəmiyyət 18:26
Suraxanıda avtoxuliqanlıq edən sürücü həbs edilib
Kamran Əsədov həbs edilib
Cəmiyyət 17:46
Kamran Əsədov həbs edilib
Ağcabədi heyvan bazarının fəaliyyətinə icazə verilib
Cəmiyyət 16:40
Ağcabədi heyvan bazarının fəaliyyətinə icazə verilib
Bakıda evdə yanğın olub, ölənlər var
Cəmiyyət 15:55
Bakıda evdə yanğın olub, ölənlər var
Azərbaycanda ötən il 5 199 odlu silah aşkarlanıb
Cəmiyyət 15:52
Azərbaycanda ötən il 5 199 odlu silah aşkarlanıb
2025-də ipoteka kreditləri 442,8 mln manata çatıb
Cəmiyyət 15:39
2025-də ipoteka kreditləri 442,8 mln manata çatıb
Ötən il qeydə alınan cinayətlərin sayı açıqlanıb
Cəmiyyət 14:45
Ötən il qeydə alınan cinayətlərin sayı açıqlanıb
Keçən il pornoqrafik materiallar yayan 272 sayt bloklanıb
Cəmiyyət 14:42
Keçən il pornoqrafik materiallar yayan 272 sayt bloklanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol