• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Bakı-Sumqayıt yolunun genişləndirilməsinə başlandı: "Ekologiya postu" sökülür

Bakı-Sumqayıt yolunun genişləndirilməsinə başlandı:
23.11.2019 13:33
Bakı-Quba yoluna daxil olan Bakı-Sumqayıt yolunun genişləndirilməsinə başlanılıb,  bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.


Onun sözlərinə görə, bu yolda təmamilə maneəsiz hərəkət təşkil ediləcək: ""20 yanvar" körpüsündə hərəkətdə olan nəqliyyat vasitələri "Moskva" prospekti boyunca tunelə daxil olaraq heç bir maneə olmadan birbaşa Xırdalan tunelindən keçməklə Sumqayıt istiqamətinə hərəkət edə biləcəklər. Bundan başqa Biləcəri, Xırdalan və Binəqədi istiqamətindən gələn nəqliyyat vasitələri əlavə zolaqlar vasitəsilə yeni tikilən tunelə daxil ola biləcəklər. Yol hər iki istiqamətə genişləndiriləcək. Sumqayıtdan Bakı istiqamətinə olan yolun iki zolaq genişləndirilməsi nəticəsində ərazidə olan "Ekologiya postu" köçürüləcək. Həmçinin yol genişləndirilərkən Bakı Beynəlxalq Avtovağzal Kompleksi və Atıcılıq Mərkəzinin yaxınlığından Xarici Dairəvi yolun altından keçməklə paytaxtın Şərifzadə küçəsinə çıxan yeni tunel tipli yol tikiləcək. Həmin tunel vasitəsilə nəqliyyat vasitələri Alatava istiqamətindən "20 Yanvar" dairəsinə və Şərifzadə küçəsi ilə şəhərin digər istiqamətinə hərəkət edəcəklər".


A.Nəcəfli bildirib ki, yeni layihəyə əsasən, həmçinin Xırdalan dairəsinin altından keçən tunel də genişləndiriləcək: "Həmin tuneldə hər iki istiqamətə yol zolaqları ikidən 4-ə çatdırılacaq. Burada tıxacı azaltmaq üçün yeni tunellər tikiləcək, yol genişləndiriləcək. Zolaqlar dəmir maneələrlə ayrılacaq və sürücülər gedəcəyi istiqaməti əvvəlcədən seçməli olacaqlar".


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
Cəmiyyət 21:05
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Cəmiyyət 19:00
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Cəmiyyət 17:45
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Cəmiyyət 17:12
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Cəmiyyət 15:06
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Zaqatalada yol qəzası baş verib, ölən var
Cəmiyyət 14:26
Zaqatalada yol qəzası baş verib, ölən var
Türkiyəyə qar yağıb - Video
Cəmiyyət 13:46
Türkiyəyə qar yağıb - Video
Sabahın hava proqnozu
Cəmiyyət 13:00
Sabahın hava proqnozu
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Cəmiyyət 12:57
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol