• $ 1.7
  • € 1.9849
  • ₽ 0.021912
  • ₺ 0.0423
  • £ 2.3046

Bakı məktəbinin müəllimi İtaliyada dünya çempionu oldu

Bakı məktəbinin müəllimi İtaliyada dünya çempionu oldu
05.12.2019 20:00
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin müəllim və şagirdlərinin müxtəlif beynəlxalq yarışlardakı uğurları davam edir.

İdarədən "Yeni Sabah”a verilən məlumata görə, Bakı şəhəri 306 nömrəli tam orta məktəbin idman müəllimi Sübhan Hümbətov İtaliyada Dünya Koreya Döyüş Sənətlərinə daxil olan Hapkido döyüş növü üzrə keçirilən dünya çempionatında 75 kiloqram çəki dərəcəsində I yerə çıxaraq dünya çempionu adını qazanıb. Qızıl medala layiq görülüb.

Paytaxtdakı 118 nömrəli tam orta məktəbin XI sinif şagirdi Ayxan Mansırlı Makedoniyada təşkil olunan 11-ci Avropa Karate Şotokan çempionatında 16-17 yaşlı idmançılar arasında 68 kiloqram çəki dərəcəsində II yeri, 17-18 yaşlı idmançılar arasında isə III yeri qazanıb. Bu münasibətlə şagird Dünya Şotokan Federasiyası tərəfindən gümüş və bürünc medallar, həmçinin sertifikatlarla təltif olunub.

Bakı şəhəri 151 nömrəli tam orta məktəbin IV sinif şagirdi Amin Nəsibov güləş üzrə Rusiyada keçirilən beynəlxalq turnirdə 60 kiloqram çəki dərəcəsində II dərəcəli diploma layiq görülüb.

Növbəti uğurun sahibi 191 nömrəli tam orta məktəbin VII sinif şagirdi Yusif İbrahimovdur. O, Özbəkistanda keçirilən beynəlxalq Taekvando–DO İTF idman növü üzrə  açıq çempionatda 11-13 yaşlı idmançılar arasında 42 kiloqram çəki dərəcəsində  III yerə layiq görülərək medal və diplomla təltif edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsmayıllıda 40 yaşlı qadın itkin düşüb
Cəmiyyət 15:49
İsmayıllıda 40 yaşlı qadın itkin düşüb
Paytaxt küçələri yenidən yuyulub
Cəmiyyət 13:00
Paytaxt küçələri yenidən yuyulub
Sabahın hava proqnozu
Cəmiyyət 12:35
Sabahın hava proqnozu
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 12:10
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vurub
Cəmiyyət 10:29
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vurub
Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib
Cəmiyyət 10:15
Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib
Bakıda avtomobil yanıb
Cəmiyyət 09:25
Bakıda avtomobil yanıb
İsmayıllıda zəlzələ baş verib
Cəmiyyət 08:58
İsmayıllıda zəlzələ baş verib
Bu ərazidə qaz olmayacaq
Cəmiyyət 22:50
Bu ərazidə qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol