• $ 1.7
  • € 1.9751
  • ₽ 0.02173
  • ₺ 0.0421
  • £ 2.282

"Azərpoçt" mükafatlandırılıb

29.05.2020 03:01
"Mastercard” beynəlxalq ödəniş sisteminin təşəbbüsü ilə Bakıda "Nağdsız Azərbaycana doğru” adlı tədbir keçirilib. Azərbaycanın milli poçt operatoru "Azərpoçt” MMC "Debit Mastercard” məhsulu üzrə inkişaf dinamikasına görə ikinci yerə sahib olub və müvafiq sertifikatla təltif edilib.

"Azərpoçt”dan "APA-Economics”ə verilən məlumata görə, tədbirdə "Mastercard”ın Azərbaycan və Türkiyə nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən banklar, kart xidmət mərkəzləri, o cümlədən "Azərpoçt” təmsil olunub.

Qeyd edək ki, 2012-ci ildən "Mastercard”a qoşulan "Azərpoçt” müxtəlif illərdə bu beynəlxalq ödəniş sisteminin bir neçə nominasiyasının qalibi olub.

Debit layihəsinin tətbiqi dövründə əsas hədəf müştərilərə yeni məhsulu düzgün təqdim etmək və həmin məhsulun bazarda kart istifadəçilərinə verdiyi imkanlardan yararlanmaq olub.

Xatırladaq ki, "Azərpoçt” bu günədək 260 mindən artıq kart emissiya edib. Hazırda milli poçt operatorunun 65 ATM-i fəaliyyət göstərir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Daha bir marşrut xətti avtobusları yeniləyir
Cəmiyyət 16:43
Daha bir marşrut xətti avtobusları yeniləyir
Goranboyda yol qəzası olub - Xəsarət alan var
Cəmiyyət 15:32
Goranboyda yol qəzası olub - Xəsarət alan var
Çimərliklərdə təxirəsalınmaz tədbirlər görülür
Cəmiyyət 14:11
Çimərliklərdə təxirəsalınmaz tədbirlər görülür
Sabah 41° isti olacaq
Cəmiyyət 12:28
Sabah 41° isti olacaq
Kürdəmirdə zəhərlənən şəxslərin sayı 24-ə çatıb - Yenilənib
Cəmiyyət 11:50
Kürdəmirdə zəhərlənən şəxslərin sayı 24-ə çatıb - Yenilənib
Novxanıda dənizdə iki nəfər batıb
Cəmiyyət 11:00
Novxanıda dənizdə iki nəfər batıb
İranda zəlzələ olub
Cəmiyyət 08:56
İranda zəlzələ olub
Zuğulba şosesində maşın yanıb
Cəmiyyət 20:50
Zuğulba şosesində maşın yanıb
Sumqayıtda yol qəzası baş verib, yaralılar var
Cəmiyyət 20:20
Sumqayıtda yol qəzası baş verib, yaralılar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol