• $ 1.7
  • € 1.9697
  • ₽ 0.0208
  • ₺ 0.0419
  • £ 2.2692

Azərbaycanda həbs edilən rəis imiş - VİDEO

Azərbaycanda həbs edilən rəis imiş - VİDEO
24.12.2019 14:39
Yüksək təsiredici xüsusiyyətə malik psixotrop tərkibli dərmanların qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərdən biri rəis imiş.

Unikal.org-un əldə etdiyi məlumata görə, Mingəçevir şəhər Maliyyə İdarəsinin rəisi Samir Məmmədov sözügedən əmələ görə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində cinayət işi açılıb.
 
S.Məmmədov bu məsələdən sonra Mingəçevir şəhər Maliyyə İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə  Mingəçevir şəhərində yerləşən "Sübhan” aptekində psixotrop tərkibli dərmanların satılması barədə əməliyyat məlumatı daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində həmin aptek nəzarətə götürülüb və qeyd edilən obyektdə psixotrop tərkibli dərmanlarının satışının həyata keçirildiyi təsdiqini tapıb. Əməliyyat zamanı aptekdə satıcı işləyən Mingəçevir şəhər sakini Rəşad Abduləzimov və aptekin sahibi Ağdam sakini Samir Məmmədov saxlanılıblar.

Baxış zamanı aptekdə "Fenobarbital”, "Relanium”, "Diazepeks”, "Actopentin”, "Sirentin” və sair dərman preparatları aşkar olunaraq maddi sübut kimi götürülüb. Aptekin satıcısı Rəşad Abduləzimov ifadəsində aptekin sahibi Samir Məmmədovun tapşırığı ilə psixotrop dərman preparatlarının satışını apardığını və gündəlik hesabatları ona təqdim etdiyini bildirib.

Aptekin sahibi Samir Məmmədov da qanunla tələb olunan xüsusi lisenziya olmadan psixotrop dərman preparatlarının aptekdə onun tapşırığı ilə satışının aparıldığını ifadəsində təsdiq edib.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma—) və 240.3.2 (Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə)  maddələri ilə cinayət işi başlanılaraq hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DİN və DSX Cəlilabadda əməliyyat keçirib, axtarışda olan şəxs saxlanılıb
Cəmiyyət 11:49
DİN və DSX Cəlilabadda əməliyyat keçirib, axtarışda olan şəxs saxlanılıb
Altı ayda 600 milyon dollardan çox aqrar və aqrar-sənaye məhsulu ixrac edilib
Cəmiyyət 11:35
Altı ayda 600 milyon dollardan çox aqrar və aqrar-sənaye məhsulu ixrac edilib
2025-ci ilin altı ayında qeyri-neft ixracından 1,3 milyard dollar gəlir əldə edilib
Cəmiyyət 11:26
2025-ci ilin altı ayında qeyri-neft ixracından 1,3 milyard dollar gəlir əldə edilib
DƏMX isti hava ilə bağlı işəgötürənlərə xəbərdarlıq edib
Cəmiyyət 11:16
DƏMX isti hava ilə bağlı işəgötürənlərə xəbərdarlıq edib
Universitetlərə qəbul olmaq üçün ixtisas seçiminin vaxtı məlum olub
Cəmiyyət 11:04
Universitetlərə qəbul olmaq üçün ixtisas seçiminin vaxtı məlum olub
Laçının Güləbird kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın olub
Cəmiyyət 10:25
Laçının Güləbird kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın olub
Xıdırlıya növbəti 225 nəfər köçürülüb
Cəmiyyət 10:23
Xıdırlıya növbəti 225 nəfər köçürülüb
Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Cəmiyyət 10:08
Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Bakıda skuter sürən qadını maşın vurub öldürdü
Cəmiyyət 23:05
Bakıda skuter sürən qadını maşın vurub öldürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol