• $ 1.7
  • € 1.9952
  • ₽ 0.021757
  • ₺ 0.0425
  • £ 2.3133

Rayonlarda ictimai nəqliyyat nə vaxt yenilənəcək? - Rəsmi AÇIQLAMA

Rayonlarda ictimai nəqliyyat nə vaxt yenilənəcək? - Rəsmi AÇIQLAMA
26.12.2019 16:19
Bakı şəhərində xidmət göstərən marşrut-avtobuslar ildən-ilə yenilənsə də rayonlarda hələ də nasaz və köhnə avtobuslardan ictimai nəqliyyat kimi istifadə olunur.

Xəttə buraxılmış köhnə, istismara yararsız həmin avtobuslar insanların həyatı üçün də təhlükəlidir. Bəs rayonlarda ictimai nəqliyyat nə vaxt yenilənəcək? Mövzu ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova ilə əlaqə saxladıq.

Günel Gözəlova Yeniavaz.com-a açıqlamasında bildirdi ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti mövcud daşıyıcı şirkətlər qarşısında avtobus parkının yenilənməsinə dair beş illik tələb qoyub:

"Artıq bu müddətin iki ilini geridə qoymuşuq. Statistikaya nəzər salsaq, respublika üzrə istismar müddəti 10 ildən yuxarı olan avtobusların statistikası 77 faizdən yuxarı idisə, hazırda avtobusların yenilənməsindən sonra bu rəqəm 64 faizə enib. Önümüzdəki üç il ərzində də avtobus parkının yenilənməsi davam edəcək".

Günel Gözəlova həmçinin bildirdi ki, rayonlarda fəaliyyət göstərən marşrut xətlərinin yenilənməsi prosesi artıq başlayıb:

"2019-cu ildə Şəki, Lənkəran, Masallı, Qəbələ, Şamaxı şəhərləri daxilində sərnişindaşıyan avtobusların yenilənməsi prosesi başlanıb. Marşrut xətlərinin yenilənməsi prosesinin tədricən bütün respublikanı əhatə edəcəyi ilə bağlı tapşırıqlar verilib". 
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu
Cəmiyyət 12:35
Sabahın hava proqnozu
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 12:10
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vurub
Cəmiyyət 10:29
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vurub
Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib
Cəmiyyət 10:15
Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib
Bakıda avtomobil yanıb
Cəmiyyət 09:25
Bakıda avtomobil yanıb
İsmayıllıda zəlzələ baş verib
Cəmiyyət 08:58
İsmayıllıda zəlzələ baş verib
Bu ərazidə qaz olmayacaq
Cəmiyyət 22:50
Bu ərazidə qaz olmayacaq
Ermənistanın işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə veriblər – MƏHKƏMƏ
Cəmiyyət 21:38
Ermənistanın işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə veriblər – MƏHKƏMƏ
Masallıda yanğın su kəmərini zədələyib
Cəmiyyət 20:55
Masallıda yanğın su kəmərini zədələyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol