Gürcüstanda "donuz qripi"ndən iki nəfər öldü

Gürcüstanda "donuz qripi" adlandırılan H1N1 virisundan iki nəfər ölüb.
Bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
Onun sözlərinə görə, ölümə məhz H1N1 virusunun səbəb olması laborator yoxlamalarla təsdiq olunub.
Mərkəz rəhbəri qeyd edib ki, hazırda ölkədə A və B tipli qrip virusu yayılıb. O qeyd edib ki, qripə yoluxma halları illik müqayisədə azdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər