• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Göygöldə usta işlədiyi evi soyub

Göygöldə usta işlədiyi evi soyub
18.01.2020 21:30
Göygöl rayonunda işlədiyi evdən oğurluq edən şəxs saxlanılıb. 
Yeniavaz.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. 

Bildirilib ki, Göygöl Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini Aydın Cəfərov naməlum şəxs və ya şəxslərin onun yaşadığı evə qanunsuz daxil olaraq, oradan ümumi dəyəri 12520 manat olan müxtəlif növ məişət əşyalarını oğurladığını bildirib.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin evi təmir edən, Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan, Gəncə şəhərində müvəqqəti yaşayan 29 yaşlı Elvin Abbasov muxtar respublikada saxlanılaraq Göygöl Rayon Polis Şöbəsinə gətirilib. Dindirilmə zamanı, o, törətdiyi oğurluq hadisəsini etiraf edərək oğurladığı məişət əşyalarını satdığını bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda baş verən yanğında daha bir nəfər həyatını itirib
Cəmiyyət 23:52
Yevlaxda baş verən yanğında daha bir nəfər həyatını itirib
Ermənistanda azərbaycandilli kanal bağlanıb
Cəmiyyət 22:30
Ermənistanda azərbaycandilli kanal bağlanıb
Beyləqanda yol qəzası baş verib, ölən və yaralılar var
Cəmiyyət 20:29
Beyləqanda yol qəzası baş verib, ölən və yaralılar var
Bakıda bərpa zamanı memarlıq abidəsinə ziyan vurulub
Cəmiyyət 19:12
Bakıda bərpa zamanı memarlıq abidəsinə ziyan vurulub
Gəncədə avtomobil divara çırpılıb, 2 nəfər xəsarət alıb
Cəmiyyət 18:23
Gəncədə avtomobil divara çırpılıb, 2 nəfər xəsarət alıb
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:30
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Ötən gün Bakı və rayonlarda 64 odlu silah-sursat aşkar edilib
Cəmiyyət 16:55
Ötən gün Bakı və rayonlarda 64 odlu silah-sursat aşkar edilib
Leysan olacaq, qar yağacaq -XƏBƏRDARLIQ
Cəmiyyət 16:30
Leysan olacaq, qar yağacaq -XƏBƏRDARLIQ
Binəqədidə partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb
Cəmiyyət 14:20
Binəqədidə partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol