• $ 1.7
  • € 2.0008
  • ₽ 0.022051
  • ₺ 0.0388
  • £ 2.292

Badamdarda sürüşmə kütləsinin üzərində dəyişiklik olub

Badamdarda sürüşmə kütləsinin üzərində dəyişiklik olub
28.05.2020 22:48
"Badamdarda sürüşmə kütləsindən torpaq hissəsi ayrılıb. Həmin ərazidə axan torpaq durmuşdu, indi yavaş-yavaş bir hissəsi ayrılır, çökür".

Bunu APA-ya açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Ekzogen Fövqəladə Hallar şöbəsinin müdiri Ramiz Rzayev deyib.

O bildirib ki, Badamdarda sürüşmə sahəsində aktivlik həmişəki kimidir: "Yağışlı hava şəraiti ilə əlaqədar torpaq ağırlaşıb, bir tərəf bir az qarşıya doğru axıb. Hələ ki, elə bir problem yoxdur. İşlər dayandırılıb. Havalar düzələndən sonra işlər davam etdiriləcək. İndi təhlükəlidir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya bildirilib ki, bu gün sürüşmə kütləsinin üzərində dəyişiklik olub, hazırda monitorinq aparılır.

Sürüşmə sahəsində gərginlik qalmaqdadır. 

Qeyd edək ki, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar-20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edərək yolu bağlayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yaponiyada uçan taksilərin sınağına başlanılıb
Cəmiyyət 21:23
Yaponiyada uçan taksilərin sınağına başlanılıb
Sabah Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Cəmiyyət 19:19
Sabah Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil
Cəmiyyət 19:12
Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil
Azərbaycandan Ermənistana 4 500 ton dizel yanacağı Güzdəkdən yola salınır
Cəmiyyət 17:36
Azərbaycandan Ermənistana 4 500 ton dizel yanacağı Güzdəkdən yola salınır
Qanunsuz mərc və şans oyunları vətəndaşlar üçün hansı riskləri yaradır?- Video
Cəmiyyət 17:17
Qanunsuz mərc və şans oyunları vətəndaşlar üçün hansı riskləri yaradır?- Video
"A-dan Z-yə internet: Media üçün praktik təlim" keçirilib
Cəmiyyət 17:16
"A-dan Z-yə internet: Media üçün praktik təlim" keçirilib
Azərbaycan və Ukrayna enerji sahəsində əməkdaşlığı müzakirə ediblər
Cəmiyyət 17:00
Azərbaycan və Ukrayna enerji sahəsində əməkdaşlığı müzakirə ediblər
Azercell “Bakı Marafonu 2026”-nın eksklüziv tərəfdaşıdır
Cəmiyyət 16:57
Azercell “Bakı Marafonu 2026”-nın eksklüziv tərəfdaşıdır
Bakıda 8 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Cəmiyyət 16:34
Bakıda 8 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol