• $ 1.7
  • € 2.0272
  • ₽ 0.022385
  • ₺ 0.0391
  • £ 2.3378

“Azərişıq” ödənişlə bağlı yayılan məlumatlara cavab verdi

“Azərişıq” ödənişlə bağlı yayılan məlumatlara cavab verdi
29.03.2020 17:17
"Azərişıq" ASC mart və aprel aylarında abonentlərdən ödənişlərin yığılması ilə bağlı xüsusi tapşırığın verilməsi ilə bağlı yayılmış iddiaya münasibət bildirib.

Anews.az bildirir ki, qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev qafqazinfo-ya açıqlamasında məlumatın doğru olmadığını söyləyib:

"Müxtəlif şayiələr yayıla bilər. Ancaq "Azərişıq" ASC-nin birinci missiyası hər bir istehlakçısını dayanıqlı, keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdən ibarətdir.

Hazırda bütün ölkə boyu gücləndirilmiş iş rejimində çalışırıq, hər yerdə normal enerji təhcizatı var. "Azərişıq" icraçı strukturdur. Qanunvericilik səlahiyyəti yoxdur.

Şükürlər olsun ki, mart ayında əksər istehsalçılar enerji haqlarını ödəyib və qalanları da ödəyir. Bəli, hazırda sosial vəziyyəti çətin olan istehlakçılar var, onlara da vaxt verilib, diqqət göstərilir. Bu ay ödəyə bilmədiyi təqdirdə növbəti ayda ödəmək şansı yaradılıb və ya elektrik enerjisi borcunu hissə-hissə ödəyirlər.

İstifadə olunmuş enerji haqları onlayn qaydada ödənilir, bu barədə problem yoxdur. İstehsalçılarımıza təşəkkür etmək istəyirəm. Nazirlər Kabinetinin nə qərarları olacaqsa, bizim də onlara operativ qaydada riayət etmək borcumuzdur".


BAKU.WS





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağsuda yol qəzası baş verib, dörd nəfər xəsarət alıb
Cəmiyyət 11:08
Ağsuda yol qəzası baş verib, dörd nəfər xəsarət alıb
Zaqatalada mehmanxanada yanğın olub
Cəmiyyət 09:02
Zaqatalada mehmanxanada yanğın olub
Adil Kərimli Omanda görüş keçirib
Cəmiyyət 23:59
Adil Kərimli Omanda görüş keçirib
Ucarda iki nəfər dəm qazından zəhərlənib
Cəmiyyət 23:30
Ucarda iki nəfər dəm qazından zəhərlənib
Səfir Rəsulzadənin məzarını ziyarət edib
Cəmiyyət 23:00
Səfir Rəsulzadənin məzarını ziyarət edib
Vəkillər Kollegiyası üzvlərinin növbəti konfransı keçirildi
Cəmiyyət 21:00
Vəkillər Kollegiyası üzvlərinin növbəti konfransı keçirildi
Azərbaycanda ötən gün cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Cəmiyyət 20:00
Azərbaycanda ötən gün cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Bakıda ilk dəfə elektron qaydada eksternat imtahanları keçirildi
Cəmiyyət 19:30
Bakıda ilk dəfə elektron qaydada eksternat imtahanları keçirildi
Azərbaycanda asfalt istehsalı 2025-ci ildə 30%-dən çox artıb
Cəmiyyət 18:00
Azərbaycanda asfalt istehsalı 2025-ci ildə 30%-dən çox artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol