• $
  • £

Bakıda keçiriləcək beynəlxalq sərgilərin vaxtı dəyişdirildi

Bakıda keçiriləcək beynəlxalq sərgilərin vaxtı dəyişdirildi
28.05.2020 19:14
Dünyada COVID-19 virusunun yayılması ilə əlaqədar "Caspian Event Organisers" şirkəti Bakıda keçiriləcək bir sıra beynəlxalq sərgilərin tarixlərini dəyişib.
 
Şirkətdən Anews.az-a verilən məlumata görə, vaxtları dəyişdirilən sərgilərin sırasında 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("Caspian Agro") və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi ("InterFood Azerbaijan") sərgiləri yer alıb. Bu tədbirlər cari ilin 18-20 noyabr tarixlərində keçiriləcək.
 
Bundan başqa, bu il keçiriləcəyi planlaşdırılan daha üç sərginin vaxtları dəyişdirilərək 2021-ci ilə keçirilib. Bu sərgilər sırasına 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi (AITF – 8-10 aprel 2021-ci il), 19-cu Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi ("TransLogistica Caspian" – 28-30 aprel 2021-ci il) və 27-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisi ("Caspian Oil and Gas" – 1-3 iyun 2021-ci il) daxildir.
 
"Bu il keçirilməsi nəzərdə tutulan digər sərgilər plana uyğun olaraq təşkil olunacaq", - deyə şirkətdən bildirilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ramazanın iyirmi beşinci gününün duası- İmsak və iftar vaxtı
Cəmiyyət 20:43
Ramazanın iyirmi beşinci gününün duası- İmsak və iftar vaxtı
Neftçalada qadın dəm qazından boğularaq ölüb
Cəmiyyət 20:29
Neftçalada qadın dəm qazından boğularaq ölüb
Bu gün Bakıda 537 küçə yuyulub
Cəmiyyət 18:58
Bu gün Bakıda 537 küçə yuyulub
Ötən gün axtarışda olan 163 nəfər saxlanılıb
Cəmiyyət 18:06
Ötən gün axtarışda olan 163 nəfər saxlanılıb
Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib - Video
Cəmiyyət 17:18
Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib - Video
Azərbaycanda bu dövlət qurumu ləğv edildi
Cəmiyyət 16:52
Azərbaycanda bu dövlət qurumu ləğv edildi
Ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 16:17
Ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanılıb
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Cəmiyyət 15:00
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Küləklə bağlı - Xəbərdarlıq
Cəmiyyət 14:40
Küləklə bağlı - Xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol