• $ 1.7
  • € 1.9849
  • ₽ 0.021912
  • ₺ 0.0423
  • £ 2.3046

Dövlətdən 250 manat almaq üçün bu nömrələrə zəng edin

Dövlətdən 250 manat almaq üçün bu nömrələrə zəng edin
30.04.2020 16:06
Sumqayıtda vətəndaşlar ödənişli ictimai işlərə cəlb olunur.

Sumqayıt şəhər Məşğulluq Mərkəzinin direktoru Elxan Bədəlov bildirib ki, bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İŞ Mərkəzi vasitəsilə aprel-may ayları üzrə Sumqayıt şəhərində yaradılan 4000 ictimai iş yerləri ilə təmin olunmaq üçün Məşğulluq Mərkəzinə 1200 müraciət daxil olub və işlə təmin olunublar. Yeni yaradılan iş yerləri əsasən dezinfeksiya işlərinin aparılması, həssas qruplara sosial xidmətlərin göstərilməsi, karantin dövründə ehtiyaclı ailələrə maddi yardımların çatdırılması, eləcə də abadlaşdırma, yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s. kimi sahələri əhatə edir.

Aylıq əmək haqqı isə, minimum əmək haqqı, yəni 250 manat nəzərdə tutulub: "Sumqayıt şəhər Məşğulluq Mərkəzi sakinlərinin diqqətinə çatdırır ki, karantin rejimi dövründə işsiz qalmış şəxslər ödənişli ictimai işlərə cəlb olunmaları ilə bağlı Məşğulluq Mərkəzinə zəng edə (64-2-02-57. 64-2-02-17. 64-2-19-07) və ərazi Mənzil İstismar Sahələrinə müraciət edə bilərlər".

Qeyd edək ki, ödənişli işlərə başlamaq istəyən işsizlər qeydiyyatda olduqları şəhər və ya rayon məşğulluq mərkəzlərinə müraciət etməlidir. Hazırda işsizlərin ictimai işlərə cəlb olunma prosesi davam edir.

DOST İş Mərkəzi ilə ödənişli ictimai işlərə cəlb olunan şəxslər arasında əmək müqaviləsi bağlanılaraq elektron sistemdə qeydiyyatdan keçirilərək rəsmiləşdirilir.

Xatırladaq ki, ölkə başçısı İlham Əliyevin müvafiq tapşırığına əsasən, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğunun artırılması, işsizlik səviyyəsinin minimuma endirilməsi məqsədilə respublikanın bütün şəhər və rayonlarında olduğu kimi Sumqayıt şəhərində də sakinlərin ödənişli ictimai işlərə cəlb olunması tədbirlərinə başlanılıb.Xeberle.com
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol