• $ 1.7
  • € 1.9636
  • ₽ 0.020923
  • ₺ 0.0419
  • £ 2.2694

Növbəti 190 manat nə vaxt veriləcək?

Növbəti 190 manat nə vaxt veriləcək?
28.05.2020 22:29
Prezident İlham Əliyev bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarrovla keçirdiyi videokonfrans zamanı may ayı üçün nəzərdə tutulan 190 manat birdəfəlik ödəmənin vətəndaşlara nağdsız, rahat və şəffaf şəkildə verilməsi üçün ödənişin bank xidmətləri vasitəsilə həyata keçirilməsi tapşırığını vermişdi.

Hətta insanların rahatlığını təmin etmək üçün adlarına heç bir bank kartı olmayanlara pulsuz hesab açıldı. Dövlət vəsaitlərindən sui-istifadə hallarının qarşısını almaq üçün atılan bu addım yüksək qiymətləndirildi. Artıq vətəndaşların bəzilərinə müvafiq bank şöbələrinə yaxınlaşaraq kartlarını götürmələri ilə bağlı mesaj da gəlib.

Ancaq bankların qarşısındakı mənzərə yenə ürəkaçan deyil. Sıxlıq, uzun növbələr, sosial məsafənin saxlanılmaması – bir sözlə karantin tələblərinə uyğun olmayan görüntülər... Vətəndaşlar bildirir ki, verilən üç saat onlara bəs etmir. Demək olar ki, həmin zaman növbədə keçir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, işsiz və aztəminatlılar üçün nəzərdə tutulan birdəfəlik ödəmə proqramına bu vaxta qədər müraciət etmiş 320 min vətəndaşın aktiv əmək müqaviləsi olduğu müəyyən olunub. Bu səbəbdən həmin şəxslərə ödəmənin verilməsindən imtina edilib və onlara göndərilən SMS-də imtinanın səbəbi göstərilib.

İkinci ay üçün ödənişin təyin olunması ilə bağlı mesaj gəlməyən şəxslərə də yaxın vaxtlarda bildiriş gələcək.Oxu.az
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Sabah Bakıda 40, rayonlarda 41 dərəcə isti olacaq
Cəmiyyət 12:29
Sabah Bakıda 40, rayonlarda 41 dərəcə isti olacaq
Bakıda karaoke klubunun fəaliyyəti yanğın təhlükəsinə görə dayandırılıb
Cəmiyyət 11:11
Bakıda karaoke klubunun fəaliyyəti yanğın təhlükəsinə görə dayandırılıb
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində maliyyə pozuntuları aşkarlayıb
Cəmiyyət 11:03
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində maliyyə pozuntuları aşkarlayıb
Son sutkada cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb
Cəmiyyət 10:50
Son sutkada cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb
Magistraturaya elektron sənəd qəbulunun vaxtı uzadılıb
Cəmiyyət 10:13
Magistraturaya elektron sənəd qəbulunun vaxtı uzadılıb
1071 abituriyent jurnalist olmaq üçün qabiliyyət imtahanı verəcək
Cəmiyyət 09:38
1071 abituriyent jurnalist olmaq üçün qabiliyyət imtahanı verəcək
Xalq artisti Arif Babayev 87 yaşında vəfat edib
Cəmiyyət 08:43
Xalq artisti Arif Babayev 87 yaşında vəfat edib
Yevlaxda evdə 2 meyit aşkarlanıb
Cəmiyyət 23:03
Yevlaxda evdə 2 meyit aşkarlanıb
Sumqayıtda yanğın başlayıb
Cəmiyyət 21:47
Sumqayıtda yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol